“Paşinyan tezliklə öz fitnəsinə cavab alacaq” - QABİL HÜSEYNLİ

“Paşinyan tezliklə öz fitnəsinə cavab alacaq” - QABİL HÜSEYNLİ

“Bu nöqteyi-nəzərdən hansısa lokal hərbi əməliyyatlar keçirilə bilər”

“Ordumuzun güclü hərbi potensialı olsa da, hələ ki, Rusiya tərəfindən müəyyən təhdid və təzyiqlər almaqdayıq və bu səbəbdən də hərbi əməliyyatlar variantından istifadə etmək kimi imkanımızın olmadığını ən azından müəyyən dairələr səviyyəsində etiraf etmək məcburiyyəti qarşısında qalırıq”

Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ nizamlanması üzrə görüşü martın 29-da Vyanada olacaq.

“İnterfaks Azərbaycan”ın yaydığı məlumata görə, bu barədə agentliyə Avstriya paytaxtındakı diplomatik mənbədən bildiriblər.

“Görüş 29 martda Vyanada olacaq və ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçəcək”, – agentliyin həmsöhbəti qeyd edib.

Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov martın 14-də bildirmişdi ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri N. Paşinyan arasında Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı görüşün keçirilməsinin tarixini razılaşdırırlar.

Maraqlıdır ki, martın 29-na 2 gün qalıb, hələ də Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 29 martda nəzərdə tutulan Vyana görüşü barədə rəsmi məlumat yoxdur.

Похожее изображение

Görəsən, Avstriya paytaxtındakı diplomatik mənbənin Azərbaycan və Ermənistan rəhbərlərinin Vyana görüşü barədə məlumatı nə dərəcədə düzdür? “Hürriyyət”in bu və digər suallarını keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli cavablandırdı:

- Tərəflər hələ ki, görüşün baş tutması barədə rəsmi açıqlama verməyiblər, amma görüşün hazırlanması barədə kluarlarda kifayət qədər məlumat gəzir. Yəni bu görüşün özü haqqında Paşinyan da söyləmişdi ki, o, Azərbaycan prezidenti ilə görüşmək istəyir və həmin görüşdə danışıqlar prosesinin əsas parametrləri müzakirə ediləcək. Məncə, danışıqlar baş tutacaq. Ola bilsin ki, 29-da yox, başqa bir vaxt baş tutsun. Amma yerin Vyana şəhəri olacağı dəqiqdir. Görüşün martın 29-da olması rəsmi təsdiqlənməsə də, baş tutacağı kifayət qədər real görünür. Çünki danışıqlar prosesinin başlanması artıq ciddi zərurətə çevrilib və bu zərurət də gerçəkləşdirilməldir.

- Ermənistan hakimiyyəti bu zərurətdən bir nəticə çıxardacaqmı? Yəni əvvəlki görüşlərdən fərqli olaraq bu görüşdə nəyəsə ümid edirsinizmi?

- Qeyd etdiyim kimi, Paşinyan bir neçə gün əvvəl çıxışında demişdi ki, Azərbaycan prezidenti ilə görüşəcək və yenə də görüşün formatı məsələsini müzakirə edəcəklər. Yəni bu, insan yenə də diplomat kimi yox, çobansayağı qondarma “Dağlıq Qarabağ respublika”sına işarə vuraraq bildirir ki, formatın müzakirəsinə başlayacaqlar. Tutaq ki, format barədə bir neçə söz deyildi, Azərbaycan tərəfi də onun ağzından vuracaq və eyni zamanda həmsədrlər də onun bu məsələdə mövqeyini müdafiə etməyəcəklər. ATƏT, digər beynəlxalq təşkilatlar artıq bununla bağlı öz fikirlərini bildiriblər. Yəni mənim zənnimcə, danışıqların predmeti barədə Paşinyanın söylədikləri real gerçəklikləri əks etdirmir, onu danışıqlar stolu ətrafında oturmağa məcbur edirlər və o, danışıqlar prosesini aparmalıdır. Amma “danışıqlar prosesi nəticəlimi olacaq, müəyyən irəlilələyişlər olacaqmı” sualına cavab verməkdə çətinlik çəkirəm. Çünki biz hələ bir müddət etmənilərin nazı ilə oynamalı və onların danışıqlar prosesindəki tutduqları qeyri-konstruktiv mövqeyi həzm etmək məcburiyyəti qarşısında qalacağıq.

- Amma prezident İlham Əliyev xalqı Novruz bayramı münasibəti ilə təbrik edəndə Qarabağ məsələsinə də toxundu. Bildirdi ki, formatla bağlı söhbət gedə bilməz. Yəni qondarma “Dağlıq Qarabağ respublikası” danışqlarda tərəf kimi iştirak edə bilməz. Bu, Ermənistana bir mesaj deyilmi? Paşinyan bundan sonra qondarma "respublika”sının danışqlarda tərəf kimi iştirakını iddia edə bilərmi?

- Mən dedim ki, o, belə bir məsələni qaldıra bilər, amma onun danışıqlar prosesində uzunmüddət müzakirəsinə nail ola bilməz. Çünki Minsk Qrupunun həmsədrləri ona xəbərdarlıq edib, Avropa Birliyi də, Avropa Şurası da danışıqların formatının təsdiq edildiyini və danışıqların 20 ildən çoxdur ki, bu format ətrafında aparıldığını ona söyləyiblər. Siyasətdə bişməşmiş bir adam olan bu Paşinyan yenidən vaxt udmaq, danışıqları qarışdırmaq üçün belə bir fitnəkarlığa əl ata bilər, amma o bu fitnəkarlığı axıra qədər sürdürə bilməz və tezliklə də o, öz fitnəsinə cavab alacaq. Bu mənada danışıqlar prosesində əsas məsələ nəticələrin əldə edilməsinə, işğal edilmiş ərazilərin təmizlənməsinə yönəldilməlidir və nəhayət, bölgədə sülhün və əmin-amanlığın olmasına doğru istiqamələnməlidir. Əgər vaxt udmağa hesablanmış və erməni tərəfinin həyasız iddiaları ilə müşayət olunan danışıqlar prosesi olsa, Azərbaycan tərəfi danışıqları prosesini axıra qədər dinləməyəcək.

- Danışıqların səmərəsizliyi barədə ictimai-siyasi xadimlər çox danışır, o cümlədən Ədalət Partiyasının sədri İlyas İsmayılov da bir neçə gün öncə müsahibəsində danıqşıqların səmərsiz olduğunu, müharibənin vacibliyini vurğulayıb. Belədirsə, niyə müharibəyə başlamırıq?

- Danışmaq bir şeydi, onu həyata keçirmək başqa bir şeydi. Bəli, danışqları sənə təklif edirlər, amma bu problem beynəlmiləl və beynəlxalq təşkilatların nəzarətində olan bir danışıqlar prosesidir. Sənə hələ ki, müharibə aparmağa icazə vermirlər. Bu icazə də mütləq Rusiyadan alınmalıdır. Çünki hər iki tərəf üzərində Rusiyanın ciddi təsir dairəsi var və o təsir dairəsindən çıxmaq o qədər də asan deyil. Bu nöqteyi-nəzərdən ola bilsin hansısa lokal hərbi əməliyyatlar keçirilə bilər, amma bütövlükdə iri miqyaslı hərbi əməliyyatların keçirilməsi mümkünsüz görünür. Ordumuzun güclü hərbi potensialı olsa da, hələ ki, Rusiya tərəfindən müəyyən təhdid və təzyiqlər almaqdayıq və bu səbəbdən də hərbi əməliyyatlar variantından istifadə etmək kimi imkanımızın olmadığını ən azından müəyyən dairələr səviyyəsində etiraf etmək məcburiyyəti qarşısında qalırıq.

- Öz torpaqlarımızı işğaldan azad etmək üçün biz niyə Rusiyadan icazə almalıyıq ki?!

- Ona görə ki, dünya nizamı pozulub. Amerikada səriştəsiz bir adam prezidentdir. Beynəlxalq təşkilatların proseslərə təsiri gücü göz qabağındadır. Ukraynanın başına gələnlər çox da uzaq olmayan bir dövrdə baş verib. Suriyada baş verənlər də onu kimi göz qabağındadır. Yəni demək olar ki, dünya nizamı pozulub və dünya çəngəllik qanunları ilə idarə edilir. Bu cəngəllik qanunlarında da Rusiya heç bir beynəlxlaq hüquq normasına məhəl qoymayaraq öz istədiyini, arzu etdiyini heç kimlə məsləhətləşmədən, çəkinmədən həyata keçirir. XXI-ci əsrdə hər şeyin zorla həyata keçirilməsi bu bölgədə çox aydın hiss olunur.

- Rusiya regionda zor göstərdiyi kimi, ABŞ da dünyada zor tətbiq edir. ABŞ Suriya ərazisi olan Colan təpələrini İsrail ərazisi kimi tanımaqla qanunları tapdalayıb. Bundan sonra, ATƏT-in Mins Qrupunun həmsədr ölkələrinin Qarabağ münaqişəsini sülh yolu ilə nizamlamasına inanmaq olarmı ki?

- Bəli, proseslərin başında təkcə Rusiya yox, həm də Amerikanın o dediyim səriştəsiz prezidenti dayanır. Bu adam hələ hüquq normalarının nə olduğunu, Helsinki Yekun Aktının dövlətlər üzərində hansı öhdəliklər qoyduğunu bilmir. Köhnə ev alverçisi olan bir insan dünyanın taleyinə cavabdeh olan bir dövlətin başına gətiriləndə nəticələr də bu olmalıydı və hiyləgər, KQB məktəbi görmüş Putin də dünyadakı bu boşluqlardan öz strateji məqsədləri üçün ustalıqla istifadə edir.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA