“Paşinyandan demokratiyanın inkişafı naminə əməkdaşlıq gözləyirik” - TRAMP

“Paşinyandan demokratiyanın inkişafı naminə əməkdaşlıq gözləyirik” - TRAMP

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana təbrik məktubu yazıb. Ermənistanın Vaşinqtondakı səfirliyinin məlumatına görə, Tramp məktubda iki ölkə arasındakı ticarət əlaqələrinin inkişafına və demokratik institutların möhkəmləndirilməsinə inandığını bildirib.

Trampın məktubunda deyilir: “Seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Ticarət əlaqələrinin inkişafı, demokratik institutların möhkəmləndirilməsi və regional təhlükəsizlik də daxil olmaqla bir çox sahələrdə sizinlə əməkdaşlıq edəcəyimizi gözləyirəm”. Məktub ABŞ-dakı erməni səfirliyinin “Feysbuk” sosial şəbəkəsində yerləşdirilib.

Trampın sözlərinə görə, münasibətlərin inkişaf eləməsi korrupsiya ilə mübarizəyə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün siyasi partiyaların konsolidasiyasına kömək edə bilər.

Hurriyyet.org

Loading...

QALEREYA