Paşinyanın dayısı oğlu barəsində istintaq başladı - "Çox yaxşı yanaşıram, ondan incimirəm..."

  • 2019-04-15 16:08:51
  • |
  • Region /

Paşinyanın dayısı oğlu barəsində istintaq başladı - "Çox yaxşı yanaşıram, ondan incimirəm..."

Ermənistanın istintaq komitəsi Baş nazir Nikol Paşinyanın yaxın qohumuna açılmış cinayət işinin istintaqına başlayıb. Bu iş daha əvvəl istintaqı aparan Milli Təhlükəsizlik Xidmətindən alınıb.

Baş nazirin qohumu bu ilin fevralında “Dilican” milli parkının direktor müavini təyin edilmişdi. O, sənədlərin saxtalaşdırılmasında şübhəli bilinir.

İstintaq Komitəsinin ilkin məlumatına görə, sözügedən qohum bu ilin fevralında milli parkın kadrlar şöbəsinə Ermənistan kənd təsərrüfatı institutunun saxta diplomunu təqdim edib. Diplom “kənd təsərrüfatının mexanikləşdiriməsi”, mühəndis-mexanik dərəcəsi üzrə verilib. O, direktorun müavini təyin edilib.

Bu haqda ilk dəfə Facebook səhifəsində Paşinyan özü yazıb. “Şübhəsiz, hərtərəfli təhqiqat aparılacaq, günahkarlar qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunacaq. Burası yeni Ermənistandadır və baş nazirin heç bir qohumu qanundan üstün tutula, imtiyazlı sayıla bilməz”, – o vurğulayıb.

“Azadlıq” radiosunun erməni xidməti baş nazirin istintaqa cəlb edilmiş qohumuyla əlaqə saxlayıb. Onun Paşinyanın dayısı oğlu Mamikon Ovannisyan olduğu üzə çıxıb. Ovannisyan deyib ki, təhqiqat aparıldığı müddətdə bu mövzuda danışmaq istəmir. O, qohumu olan baş nazirdən incimədiyini, hamının qanun qarşısında bərabər olması fikrilə razılaşdığını söyləyib.

“Çox yaxşı yanaşıram. Qanun pozulursa, hamı cavab verməlidir. Ermənistan vətəndaşlarının hamısı qanun qarşısında bərabərdir, o cümlədən də mən”, – o deyib və istintaq bitincə daha detallı danışacağını söyləyib.

Baş nazir qohumu barədə AŞPA tribunasındakı çıxışı zamanı da danışıb. İnqilabdan sonra Ermənistanda korrupsiyayla mübarizəyə toxunarkən Paşinyan deyib ki, öz qohumlarına da yazığı gəlmir. “Cəmi 10 gün öncə yaxın qohumlarımdan birinə cinayət işi qaldırılıb. Təqsirsizlik prezumpsiyasını pozmaq istəmirəm, ancaq bu fakt... bir daha göstərir ki, biz bu yolla inamla addımlayırıq”, – Baş nazir vurğulayıb.

Ermənistan qanunvericiliyinə görə sənəd saxlatalaşdırılması, saxta sənədlərdən istifadəyə görə minimum əməkhaqqının 200-400 misli məbləğində cərimə, yaxud 2 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub./virtualaz.org/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA