Paytaxtın bəzi yollarında hərəkət məhdudlaşdırılır: SƏBƏB

Paytaxtın bəzi yollarında hərəkət məhdudlaşdırılır: SƏBƏB

Paytaxtın bəzi yolları nəqliyyatın hərəkəti üçün qapadılıb
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu axşam 21:00-dan Binəqədi-Mehdiabad, Mehdiabad-Digah-Məhəmmədi, Məhəmmədi-Zabrat, Zabrat-Maştağa-Buzovna avtomobil yollarında üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Bu müddətdə sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. \\Yeniavaz.com

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA