Paytaxtın bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

  • 2019-04-06 10:42:11
  • |
  • Sosial /

Paytaxtın bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprelin 6-dan 7-nə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhyə Hüseynov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.

AAYDA-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Xurşudbanu Natavan küçəsi ilə kəsişməyədək (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək və aprelin 7-si axşam saatlarınadək qüvvədə olacaq.

Bildirilir ki, AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA