Pentaqon 2019-cu il büdcəsində terrorçulara yüzmilyonlarla dollar vəsait ayırdı! Türkiyənin səbr kasasını daşdıran damla!

Pentaqon 2019-cu il büdcəsində terrorçulara yüzmilyonlarla dollar vəsait ayırdı! Türkiyənin səbr kasasını daşdıran damla!

Hurriyyet.org xəbər verir ki, Türkiyənin baş nazirinin müavini Hakan Çavuşoğlu Pentaqonun 2019-cu il büdcəsində SDQ adı altında maskalanan PYD/PKK terror təşkilatının təlimi və ehtiyacları üçün 300, təşkilata qurdurulan “sərhəd təhlükəsizliyi” qüvvələri üçün isə 250 milyon dollar ayırması ilə bağlı bunları deyib: “ABŞ-ın bu cür yanaşmanı davam etdirməsi, bizim üçün, iki ölkə arasındak münasibətləri qopmaq səviyyəsinə gətirən yanaşmadır”.

TRT kanalına müsahibə verən Hakan Çavuşoğlu bildirib: “Minlərlə tır dolu silahın PYD təşkilatına verilməsi və “30 min nəfərlik sərhəd ordusu qurmaq” açıqlaması səbr kasasını dolduran son damla oldu. Nəticədə “Zeytun budağı” əməliyyatı başlandı. Əməliyyat - sərhədlərimizin təhlükəsizliyini təmin eləmək, regionu terrorçular və terror təşkilatlarından təmizləmək, Afrin də daxil olmaqla, orada soyqırımına məruz qalan, zorla terror səfərbərliyinə aparılan dinc vətəndaşları zilas eləmək, Türkiyədə yaşayan suriyalı qaçqınların yenidən yurdlarına qayıtması üçün həyata keçirilir. İndiyə qədər 51 məntəqə terrorçulardan təmizləndi. Əməliyyat uğurla davam edir”.

Hurriyyet.org

Loading...

QALEREYA