Pentaqon: ABŞ Türkiyəyə F-35-dən də başqa sanksiyalar tətbiq edə bilər

Pentaqon: ABŞ Türkiyəyə F-35-dən də başqa sanksiyalar tətbiq edə bilər

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması səbəbindən ABŞ-ın Ankaraya qarşı planlaşdırdığı maddi sanksiyaları daha da böyüdəcəyi iddia edilib. İddiaya görə, nəzərdə tutulan sanksiyalar təkcə F-35 qırıcısının hissələrini istehsal edən türk firmalarına deyil, digər müdafiə sənayesi təşkilatlarını da əhatə edəcəkdir.

ABŞ müdafiə nazirinin müavini Ellen Lord Paris şəhərindəki çıxışında Türkiyənin NATO-nun mühüm bir müttəfiqi hesab elədiklərini, lakin Rusiyadan S-400 sistemlərinin alınacağı təqdirdə, F-35 hərbi təyyarələrinin mühüm hissələrini istehsal edən türk şirkətləri ilə yanaşı, ABŞ müdafiə sənayesi üçün istehsalla məşğul olan digər şirkətlərə də sanksiyalar tətbiq edilə biləcəyini bildirib.

Hurriyyet.org