Pentaqon VİRUS YAYAN böcək ordusu qurur - “MÜTTƏFİQ BÖCƏKLƏR”

  • 2018-11-09 12:06:17
  • |
  • Dünya /

Pentaqon VİRUS YAYAN böcək ordusu qurur - “MÜTTƏFİQ BÖCƏKLƏR”

Hurriyyet.org xəbər verir ki, ABŞ ərzaq təhlükəsizliyii hədəfə aldığı layihə ilə böcəklərin vasitəsilə tarlalara viruslar yaymağı planlaşdırır. Elm adamları layihənin bioloji silaha çevrilməsindən narahatdırlar. ABŞ Müdafiə Nazirliyi Araşdırma Layihələri Agentliyi DARPA tərəfindən hazırlanan və müxtəlif müzakirələr səbəb olan layihəyə “Müttəfiq böcəklər” adı verilib. CRISPR kimi gen dəyişmə texnikaları vasitəsilə böcəklərin genlərini dəyişdirərək onlardan qarğıdalı və taxıl tarlalarında istifadə eləməyi planlaşdırırlar. Məsələn, gözlənilmədən selə məruz qalan tarlalara buraxılacaq böcəklər vasitəsi ilə məhsulların böyüməsi yavaşıdılacaq və seldən zərər görmələrinin qarşısı alına biləcək.

DARPA tərəfindən verilən açıqlamada hər mövsümdə hədəfli müalicə tədbirlərinin aprılacağı, beləliklə ABŞ qida istehsalının xəstəlik, don və hətta xarici ölkələrin hücumlarından müdafiə ediləcəyi qeyd edilir.

Elm dünyasından olan bir sıra insanlar isə layihəyə təmkinlə yanaşırlar. DARPA tərəfindən verilən açıqlamaları qaneedici hesab eləməyən alimlər böcəklərin əvəzinə niyə dərmanlama sistemlərindən istifadə edilmədiyini soruşurlar. Freiburq universitetinin əməkdaşı Silja Voeneky “bu böcəklərin xəstəlik yaymaq üçün bioloji silah” olduğunu bildirib.

Hurriyyet.org

Loading...

QALEREYA