Pentaqonun yox, Trampın dediyi oldu: S-400-lə bağlı açıqlama verilmədi

  • 2019-07-16 18:33:28
  • |
  • Aktual /

Pentaqonun yox, Trampın dediyi oldu: S-400-lə bağlı açıqlama verilmədi

Hurriyyet.org xəbər verir ki, S-400 hava hücumundan müdafiə sistemlərinin ilk hissələrinin Rusiyadan Türkiyəyə gəlməsi ilə bağlı ultimatum xarakterli mətbuat açıqlaması vermək istəyən Pentaqonun bu addımının qarşısının ABŞ prezidenti Donald Tramp tərəfindən alındığı bəlli olub.

ABŞ ilə Türkiyə arasında uzunmüddətli gərginliyə səbəb olan S-400 mövzusu Trampın G-20 sammitində söylədiyi “Türkiyəyə qarşı ədalətlə davranmadılar” ifadəsindən sonra fərqli bir müstəviyə keçib. Türkiyənin “Akşam” nəşri Ağ Evdəki mənbələrə istinadən, S-400 sisteminin ilk hissələrinin Türkiyəyə gətirilməsindən sonra Pentaqonun Türkiyə-ABŞ əlaqələrini geri dönüşü olmayan bir həddə çatdıracaq mətbuat açıqlaması vermək istədiyini, lakin prezident Trampın “Bu dəfə yox” deyərək mətbuat konfransının keçirilməsinin qarşısını aldığını bildirir.

S-400-lərlə bağlı mətbuata açıqlama vermək istəyən və bunu Ağ Evə bildirən Pentaqon Trampdan cavab gözləyib. Cavab gəlmədikdə, açıqlama iki dəfə təxirə salınıb.

Beləliklə, Pentqon mətbuat konfransının keçirilməyəcəyini müxbirlərə bildirib. Tramp ABŞ-ın S-400-lərlə bağlı mövqeyini dəyişəcəyinə G-20 sammitində işarə vurmuşdu.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA