Pentaqon raket təhdidlərindən xəbərdar olmaq yollarını arayır

  • 2019-02-20 17:39:19
  • |
  • Dünya /

Pentaqon raket təhdidlərindən xəbərdar olmaq yollarını arayır

Hurriyyet.org xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi müdafiə və kosmos sahələrində fəaliyyət göstərən şirkətləri düşmən raketlərini sürətli şəkildə hədəfə almaq üçün kosmosdakı qəbuledicilərdən necə istifadə edilməsi barəsində fikirlərini təqdim eləməyə dəvət edib. Yeni bir araşdırma layihəsinin həyata keçiriləcəyi bəyan edilib. Bu dəvət Tramp hökumətinin Raket Hücumundan Müdafiə Araşdırması Sənədini açıqlamasından dərhal sonra səsləndirilib.

Müraciətdə deyilir: “Raket paylama sistemlərinin təhdidlərinin artmağa və daha xaotik bir şəkildə böyüməyə davam eləməsi aşkardır. Düşmən raketləri daha da mobilləşir, davamlılığına, etibarlılığına, dəqiqliyinə görə daha üstün olan texnologiyalar istehsal edilir”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA