Piketdə 50-dən artıq adam olarsa... - BŞBPİ-dən Milli Şuraya SƏRT XƏBƏRDARLIQ

Piketdə 50-dən artıq adam olarsa... - BŞBPİ-dən Milli Şuraya SƏRT XƏBƏRDARLIQ

“Razılaşdırılmış qaydadan kənar orada nə baş versə, onun qarşısı polis tərəfindən alıncaq”

Xəbər verildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın piketlə bağlı müraciətinə cavab verib və piketin oktyabrın 8-i saat 15:00-dan 16:00-dək Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə keçirilməsinə icazə verilib. Lakin aksiyada maksimum iştirakçı sayı 50 nəfər olmalıdır.

Məlumata görə, piketin təşkilatçıları insanları müşahidəçi qismində piketə çağırıb. Bu baxımdan, oktyabrın 8-də keçiriləcək piketdə xoşagəlməz halların yaşanması istisna deyil. Əslində, yaxşı olar ki, insanlarımız qanuna hörmət edərək, hansısa bir insidentə yol verməsinlər.

Milli Şuranın keçirəcəyi piketlə bağlı Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Hurriyyet.org-a açıqlama verib. O bildirib ki, “Sərbəst Toplaşmaq Azadlığı haqqında” qanuna görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış qaydadan kənar orada nə baş versə, onun qarşısı polis tərəfindən alıncaqdır.

Şamo EMİN, Hurriyyet.org