Pilot Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb

Pilot Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən vida mərasimi başa çatıb.

Hurriyyet.org xəbər verir ki, R.Atakişiyevin nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Məlumat üçün bildirək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları uzun sürən axtarışlardan sonra avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA