PKK-nın yeni elçisi Türkiyədə: “Türk hökumətinə açıq şəkildə deyildi...” - Suriyanın parçalanmasının tərəfdarı olan ABŞ diplomatı

PKK-nın yeni elçisi Türkiyədə: “Türk hökumətinə açıq şəkildə deyildi...” - Suriyanın parçalanmasının tərəfdarı olan ABŞ diplomatı

Hurriyyet.org xəbər verir ki, Türkiyə mətbuatının yazdığına görə, ABŞ prezidenti Donald Trampın Ankaraya səfir təyin edəcəyi gözlənilən Devid Satterfild PKK terror təşkilatının dostu kimi tanınır. Suriyanın parçalanmasının tərəfdarı olan Satterfild, 2018-ci il yanvarın 11-də Senatdakı çıxışı zamanı demişdi: “Suriyada qalmağımızın səbəbi müttəfiqimiz olan PKK/YPG-ni dəstəkləmək və ona yardım eləmək. İŞİD-ə qarşı cəsarətlə döyüşən YPG-ni qorumaq, Suriyanın qalan hissəsində yeni bir model qurmaqdır. Beləliklə yaradılacaq Yeni Suriya Dövlətində ölkənin şimal-şərqindəki müttəfiqlərimizin ədalətlə təmsil olunmalarının təmin edilməsinə çalışırıq”.

ABŞ hərbçilərinin Suriyadan çıxmasına qarşıdır

Trampın ABŞ hərbçilərinin Suriyanı tərk eləməsi qərarı ilə bağlı suala cavab verən diplomat belə deyib: “Prezidentin də qəti şəkildə bildirdiyi kimi, strateji olaraq Türkiyəni tərk eləməyəcəyik. Zəfərimizi elan edib gedəcək deyilik. Bu, mənim fikrim deyil. Bu, ABŞ prezidentinin taktiki qərarıdır”.

İran və Rusiyanın Suriyada qüvvətlənməsi təhdidinə qarşı YPG-yə silah dəstəyinin davam etdirilməsinin lazım olduğunu bildirən Satterfild deyib: “Strateji tərəfdaşlarımız olan İraq və Şimali İraq Kürdistan Muxtariyyəti İŞİD-i məğlub eləməyimizdə mühüm rol oynayıblar. Bununla əlaqədar ABŞ inanır ki, Suriyadakı qruplar, xüsusilə də bütün kürd qruplaşmaları bölgədə təmsil olunmalıdırlar”.

Suriyanın bölünməsinin tərəfdarıdır

Türkiyə, Rusiya və İran arasındakı Astana prosesində ABŞ-ı təmsil edən Satterfild Suriyanın bölünməsinin tərəfdarıdır. ABŞ-ın Suriyanı bombaladığı günlərdə “prochetmoyen-orient.ch” adlı internet saytından sızdırılan, 12 yanvar, 2018-ci il tarixli sənəddə Satterfildın bir sıra gizli iclaslarda iştirak elədiyi aşkara çıxmışdı. Sənədə görə, ABŞ, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı və İordaniyadan ibarət “Suriya üçün Kiçik Amerika Qrupu” Suriyanı bölmək və bölüşdürmək, bölgədəki sabitliyi pozmaq üçün müharibəni bir müddətliyə uzatmaq üçün çalışırlar.

“Türkiyə hökumətinə açıq şəkildə dedik ki, Menbiçdən çıxmarıq”

Senatın Suriya məsələsi ilə bağlı iclaslarında dəfələrlə Ağ Evin Suriya siyasətini təqdim edən Satterfild çıxışılarının birində Menbiçlə bağlı belə deyib: “ABŞ-ın Menbiçdə qalmağa davam edəcəyi Türkiyə hökumətinə açıq şəkildə deyilib”.

Suriyada ABŞ-ın PKK/YPG-ni dəstəkləməsinin Türkiyə tərəfindən narazılıqla qarşılanması barəsində suala cavab verən Satterfild deyib: “Biz Türkiyə hökuməti və təhlükəsizlik qüvvələrinin PKK və Suriya Demokratik Qüvvələri içərisindəki bir çox qüvvə ilə əlaqə barəsindəki narahatlıqlarını çox yaxşı başa düşürük. Lakin bu məsələnin iki ay üzərində həll ediləcəyinə inanmıram. Suriya Demokratik Qüvvələrinin rəhbərliyi də bunun ciddi məsələ olduğunu bilir”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA