PKK bir illik xərac toplayır – MENBİÇ XALQI TÜRKLƏRİ GÖZLƏYİR

  • 2018-10-15 18:20:00
  • |
  • Dünya /

PKK bir illik xərac toplayır – MENBİÇ XALQI TÜRKLƏRİ GÖZLƏYİR

Hurriyyet.org xəbər verir ki, Menbiçin nüfuzlu tayfa başçılarından olan Əbdülkərim Əl Fahhel Türkiyənin əməliyyat siqnalı verməsindən sonra PKK terror təşkilatının xalqdan vergi adı altında 1 illik xərac toplamağa başladığını bildirib. Fahhel deyib: “Burada qala bilməyəcəklərini başa düşürlər. Onun üçün hamıdan 100 min Suriya lirəsi alırlar. Ağır vəziyyətdə olan Menbiç xalqı da Türkiyənin əməliyyat keçirməsini gözləyir”.

Əbdülkərim Əl Fahhel bu sözləri Türkiyənin “Yeni Şafak” qəzetinə açıqlamasında söyləyib.

Amerika məğlub olacaq

Terrorçuların amerikalıların dəstəyi ilə silahlandığını və Menbiçin şimalında və qərbində, yəni Türkiyə ilə həmsərhəd bölgələrdə tunellər qazdığını bildirən Əl Fahhel deyib: “Nə qədər tunel qazırlarsa-qazsınlar, Afrin kimi Menbiçi də türklər terrorçulardan təmizləyəcəklər. Afrin xalqı harada tunel olduğunu hərbçilərə göstərirdi. Eyni şey Menbiçdə də təkrarlanacaq. Biz sadəcə PKK-nın deyil, onunla birlikdə ABŞ-ın da qovulmasını istəyirik. ABŞ həmişə yalan danışır və PKK-nı dəstəkləyir. Menbiçdə PKK ilə birlikdə ABŞ da məğlub olacaq. PKK 3 gün əvvəl Türkiyəyə sərhəddə yaşayan adamların evlərini yıxdı. Evləri yıxılanlar Cerablus bölgəsinə sığındılar. Xalq uzun müddətdir ki, türklərin gəlişini gözləyir”.

Hurriyyet.org

Loading...

QALEREYA