PKK terrorçularından hücum: 3 türk hərbçi şəhid oldu

  • 2018-04-16 11:40:05
  • |
  • Dünya /

PKK terrorçularından hücum: 3 türk hərbçi şəhid oldu

PKK terrorçularının Türkiyənin Şırnak əyalətinin Elmalı və Kuyu Tepe rayonlarındakı hərbi bazaya hücumu nəticəsində 3 hərbçi şəhid olub, 1-i yaralanıb.

Hurriyyet.org qardaş ölkə mediasına istinadən xəbər verir ki, terrorçular hərbi hissəyə iriçaplı silahlardan atəş açıblar.

Şəhidlərin meyiti və yaralı hərbçilər Şırnak şəhərinə gətiriliblər. Yaralı hərbçi yerli dövlət xəstəxanasına yerləşdirilib.

Məlumata görə, hücumdan dərhal sonra Türkiyə silahlı qüvvələri bölgədə genişmiqyaslı əməliyyat başlayıb.

Loading...

QALEREYA