PKK/PYD RƏHBƏRLƏRİ AFRİNDƏN QAÇIR - TERRORÇULAR TƏŞVİŞDƏ

PKK/PYD RƏHBƏRLƏRİ AFRİNDƏN QAÇIR - TERRORÇULAR TƏŞVİŞDƏ

Hurriyyet.org xəbər verir ki, PKK/PYD terror təşkilatının qondarma rəhbərləri təşviş içərisində Afrindən qaçmağa başlayıblar. Türkiyənin F-16 hərbi təyyarəsi Afrində terrorçuların “asayiş müdiri” Əbdürrəhim İbrahim və köməkçilərinin olduğu binanı bircə zərbə ilə yerlə bir edib. Bundan sonra təşvişə düşən Qəndil kadrları zorla başlarına topladıqları yaraqlıları buraxaraq qaçmağa başlayıblar. Türkiyənin kəşfiyyat xidmətlərinin verdikləri məlumata görə, terrorçuların liderləri bir-bir, iki-iki mülki avtomaşınlara minərək Basuta məntəqəsinə, oradan Nebleyə, ardından Musa hərbi bazasının ətrafındakı Tel Şair kəndinə keçiblər. Terrorçu liderlərinin digər bir qismi isə Tel Rıfatdan keçərək Fafin kəndinə çatıblar. Tel Şeir və Fafin kəndlərinə toplaşmış PKK/PYD liderlerinin Əsəd hökumətinin verdiyi avtobuslarla Rakkaya getdikləri bildirilir.

Rəhbərlər gedəndən sonra terrorçuların bir qisminin silahlarını yerə qoyduqları iddia edilir. Afrinin dinc vətəndaşlarının bəziləri də bu məlumatı təsdiqləyiblər.

Hurriyyet.org

Loading...

QALEREYA