Polad Bülbüloğlu “İlin səfiri” seçildi

Polad Bülbüloğlu “İlin səfiri” seçildi

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “İlin səfiri” seçilib.

“Vestnik Kavkaza” xəbər verir ki, sorğu utro.az saytı tərəfindən aparılıb.

Ölkəmizin Moskvadakı səfirliyində keçirilən mükafatlandırma mərasimində Polad Bülbüloğlu deyib: “Mənə səs verən hər bir oxucuya təşəkkürümü bildirirəm və mükafatı məmnuniyyətlə qəbul edirəm. Bir azərbaycanlı kimi, ömrümün sonunadək Azərbaycan üçün, Qarabağ probleminin həlli üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

O, ən böyük arzusunun Xarı Bülbül Festivalının yenidən Şuşada keçirilməsi olduğunu qeyd edib.

Utro.az saytının baş redaktoru Habil Ağazadə bildirib ki, “İlin səfiri” sorğusu ötən ilin noyabrında saytın oxucuları arasında keçirilib. Sorğuda 10 min 500-dən çox oxucu iştirak edib. Polad Bülbüloğlu 41 faiz (4315 nəfər) səslə “İlin səfiri” seçilib.

İkinci yeri Azərbaycan Respublikasının Ukraynadakı səfiri Azər Xudiyev (17,82%), üçüncüsü yeri isə Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov (12,02% səs) tutub.\\Virtualaz.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA