Polis doğum evinin qarşısında qoyun kəsən azərbaycanlıları axtarır

Polis doğum evinin qarşısında qoyun kəsən azərbaycanlıları axtarır

Rusiyanın Surqut şəhərində doğum evinin qarşısında qoyun kəsən azərbaycanlı ailə heyvansevərləri qəzəbləndirib.

Hurriyyet.org xəbər verir ki, “Qafqazinfo” Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, sosial şəbəkələrdə həmin video yayıldıqdan sonra heyvan müdafiəçiləri ayağa qalxıblar. Onların şikayətindən sonra polis doğum evinin qarşısında qoyun kəsən azərbaycanlıları axtarır.

Bu ritual İslam ənənələrinə uyğun hesab olunsa da, əksəriyyət bu addımı heyvanların müdafiəsi baxımından düzgün qəbul etməyib. Polis hazırda hadisənin təfərrüatlarını və qoyunu kəsənlərin şəxsiyyətini müəyyənləşdirir.

Məsələ ilə bağlı Surqut Perinatal Mərkəzinin baş həkimi Larisa Belotserkovtsevanın münasibətini öyrənə bilməyiblər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA