Polis maşınını başqasına məxsus avtomobillə vurub kənara atdı, sərbəst buraxıldı - ŞİKAYƏT

Polis maşınını başqasına məxsus avtomobillə vurub kənara atdı, sərbəst buraxıldı - ŞİKAYƏT

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi başqasının avtomobilini sənədsiz idarə edən şəxsi nə üçün sərbəst buraxdı?

Göyçay rayonu R.Rza küçəsi ev 24 sakini Əliyev Samir Əlimövsüm oğlu tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə daxili işlər naziri Ramil Usubova müraciət edir:

“Mən üzləşdiyim qanunsuzluq barədə Azərbaycan Respublikasının Daxili İşlər naziri hörmətli Ramil Usubova müraciət etmək istəyirəm.

Belə ki, özümə məxsus olan “Qazel” markalı 23 DJ 615 nömrəli avtomobilimi Ağdaş rayonunda yaşayan Əliyev Zakir Bakir oğluna 09 sentyabr 2017-ci il tarixdə etibarnamə ilə satdım. Alıcı Zakir Əliyevlə danışıb razılaşdıq, həmin günü mənə 500 manat verdi, 2050 manat borclu qaldı. Həmin pulu da 2 aya ödəyəcəyinə söz verdi.

İki ay keçdi, mən Zakir Əliyevə zəng edib qalan pul borcunu ödəməsini dedikdə, mənə rədd cavabı verdi. Mən bunun üçün Zakir Əliyevə avtomobil üçün verdiyim etibarnaməni notarisuda ləğv etdirdim. Bu barədə dərhal Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Namiq müəllimə zəng edib məlumat verdim. Ağdaş RPŞ-nin DYPB-nin əməkdaşları qanunsuz avtomobil idarə etdiyi üçün Zakir Əliyevi saxlatmaq istəyəndə, o, polislərin üstünə maşını sürüb, onların avtomobillərini vurub qaçdı.

Bütün bu özbaşınalıqlar mənim gözümün qarşısında baş verdi. Ağdaş RPŞ-nin DYPB-nin əməkdaşları Zakir Əliyevi avtomobillə birlikdə tutub şöbəyə gətirdilər. Amma Ağdaş RPŞ-nin DYPB-nin rəisi Namiq müəllim qanunsuz olaraq Zakir Əliyevin avtomobilini pul alıb polis şöbəsindən buraxdı. Polis rəisi Namiq müəllim Zakir Əliyevdən pul aldığı üçün mənə bəhanə gətirdi ki, mən onlara heç nə edə bilmərəm, onlardan qorxuram.

Mən polis rəisi Namiq müəllimin qanunsuz hərəkətləri barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişəm. Hazırda mənə məxsus olan “Qazel” markalı 23 DJ 615 nömrəli avtomobili heç bir sənədi olmadan Zakir Əliyev sürür və buna Ağdaş RPŞ-nin DYPB-nin rəisi Namiq müəllim qəsdən şərait yaradıb. Çünki Namiq müəllimə Zakir Əliyev pul verir.

Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Ramil Usubova müraciət edib xahiş edirəm cinayətkarı himayə edən Ağdaş RPŞ-nin DYPB-nin rəisi Namiq müəllimin barəsində qanunu tədbirlər görəsiniz. Sənədsiz avtomobil sürən Zakir Əliyevin məsuliyyətə cəlb edilməsini təmin edəsiniz”.

KƏNAN, Hurriyyet.org

Redaksiyadan: Yazıda adı şəkilən şəxlərin mövqeyini dərc etməyə hazırıq.

Loading...

QALEREYA