Polis xanımın ölümündə adı hallanan cərrah İŞDƏN ÇIXARILDI

Polis xanımın ölümündə adı hallanan cərrah İŞDƏN ÇIXARILDI

Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı işdən çıxarılıb.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, rinoplastika əməliyyatı zamanı pasienti dünyasını dəyişən cərrah İdrak Əhmədov Daxili İşlər Nazirliyi (DİN) hospitalından kənarlaşdırılıb.

Xəbəri Daxili İşlər Nazirliyi (DİN) hospitalından təsdiqləyiblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) hospitalında tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilən burunda çəpər əyriliyi üzrə əməliyyatdan sonra ölmüşdü.