POLİTOLOQ DEPUTATLARA SƏSLƏNDİ

POLİTOLOQ DEPUTATLARA SƏSLƏNDİ

“Bu, özbaşına bahalaşmaya son vermək lazımdır”

“Bazarlarda gündəlik təlabat mallarının qiymətləri od tutub yanır. Maaş və pensiyalar da hələ tam artım edilməyib, ancaq qiymətlər durmadan artır. İqtisadiyyat Nazirliyi məsələyə münasibət bildirsə, yaxşı olar”. Hurriyyet.org xəbər verir ki, bu barədə politoloq Zeynal Əmrəliyev öz “feysbuk” səhifəsində qeyd edib.

Картинки по запросу Zeynal Əmrəliyev

“Millət vəkillərini qiymət artımının qarşısını alacaq qanun lahiyəsi hazırlamağa səsləyirəm”

“Çox hörmətli millət vəkillərimiz də hərə öz bölgəsində qiymətlərlə tanış olsa, yaxşı olar. Bunun qarşısını almaq şərtdir. Dövlət başçısı bununla bağlı fərmanlar imzalayır, çalışır ki, əhalinin sosial rifahı yuksəldilsin. Ancaq kimlərsə heç xəbər vermədən sürətli şəkildə qiymət artımı edir. Hətta rayon yerində 4 nəfərlik bir ailənin günlük normal dolanışığı üçün 15-20 manat arası pul lazımdır. Ölkə prezidentinin məqsədi əhalinin rifahını yaxşılaşdırmaqdır. Bunun üçün bu qədər uğurlu sosial lahiyələr həyata keçirilir. Bu, özbaşına bahalaşmaya son vermək lazımdır. Hörmətli millət vəkillərimizi bu məsələ ilə ciddi məşğul olmağa, bu məsələni həm komitə, həm plenar iclaslarda qaldırıb, bununla bağlı təklif və iradlarını səsləndirməyə və özbaşına qiymət artımının qarşısını alacaq qanun lahiyəsi hazırlamağa səsləyirəm. Azərbaycanda vətəndaş amili, insanlarımızın yaxşı yaşaması üçün hər kəs üzərinə düşəni etməlidir, istər vəzifədə olsun, istər olmasın. Ölkəmizin, dövlətimizin daha da güclənməsi, insanların daha yaxşı yaşaması üçün çalışmaq hər bir insanın vəzifəsidir”,-deyə politoloq vurğulayıb.

P.S Həqiqətən bazarlarda gündəlik təlabat mallarının qiymətləri od tutub yanır. Müvafiq qurumlar hara baxır? Milli Məclisdə öz maaşlarının artırılmasını tələb edən millət vəkilləri, yaxşı olar ki, millətin güzəranını da düşünün, bahalaşmaya son vermək üçün bir addım atın..

Şamo EMİN, Hurriyyet.org