Polşa klubunun baş məşqçisi: "Qarabağ"ın reklama ehtiyacı yoxdur"

Polşa klubunun baş məşqçisi: "Qarabağ"ın reklama ehtiyacı yoxdur"

"Reklama ehtiyacı olmayan çox güclü komanda ilə qarşılaşdıq. Buna baxmayaraq, bir çox epizodlarda bərabər oyun sərgiləməyi bacardıq".

Bunu Polşanın "Pyast" klubunun baş məşqçisi Valdemar Fornalik Türkiyənin Antalya bölgəsində "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra deyib. 56 yaşlı mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib: "İlk yarıda bir-iki epizodumuz oldu. İkinci hissə də buna oxşar keçdi. Bəlkə həmin imkanlar yüzfaizlik deyildi, amma biz rəqib qapısı qarşısında təhlükəli idik. Güc və fiziki baxımdan isə biz çox yaxşı təsir bağışlayırdıq. Bunun normal şərtlər altında necə olduğunu deyə bilmərik".

Fornalik yağışlı hava şəraitində oyunçuların zədələrə məruz qalmalarından məmnunluğunu da ifadə edib: "Leysana baxmayaraq, meydanın vəziyyəti əla idi. Ən əsası, hər iki komanda belə oyunu problemsiz başa vurdu. Belə şəraitdə oyunçular zədələrə məruz qalırlar. Hər bir sərt oyun zamanı həyəcanlanmalı olursan. Lakin biz cidd-cəhdlə oynamayan rəqiblə qarşılaşdıq. Hərdən elə rəqiblər olur ki, hesabdan ötrü oynayırlar. "Qarabağ"da isə bu, yox idi".

Qeyd edək ki, oyun "Gloria Sports Arena"nın əsas meydanında başlayıb. Lakin güclü yağış üzündən ikinci hissədə komandalar ehityat meydandan yararlanmalı olub./report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA