Polşanın ardınca Yunanıstan… – Almaniyadan reparasiya tələb edir

Polşanın ardınca Yunanıstan… – Almaniyadan reparasiya tələb edir

Bu ərəfədə Yunanıstan parlamentində ölkəyə Almaniyanın ödəməli olduğu bildirilən reparasiya barədə hesabat müzakirə olunub.

Hökumət başçısı Aleksis Tsiprasbəyan edib ki, nasistlərin təcavüzü, işğalı və hərbi cinayətləri nəticəsində iki dünya imüharibəsində ölkəyə dəymiş ziyanın ödənilməsi barədə Afina ləngimədən Berlinə nota göndərəcək.

Onun sözlərinə görə, Yunanıstan artıq öz tələbini təkrarlamış olur. Ancaq o, ilk tələbə Almaniyanın reaksiyası barədə bir söz deməyib. Tsipras Almaniya hakimiyyətini bu məsələ ilə bağlı «dəyirmi masa arxasına keçməyə» çağırıb.

Yunanıstanda hesab edirlər ki, Almaniya bu ölkəyə reparasiya qismində ən azı 140 milyard avro ödəməlidir.

Bundan əvvəl isə Polşa Almaniyadan reparasiya tələb edib.

Qeyd edək ki, Azərbaycan da Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində ölkəyə dəymiş ziyanın ödənilməsi barədə Ermənistandan reparasiya tələb etmək hüququndadır. Odur ki, reparasiyanın həcmi müəyən olunmadan, Ermənistanla sülh müqaviləsinin imzalanmasından danışmağa dəyməz.\\AzPolitika.info

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA