Pompeo Boltonun yerinə gələcək? - Kissincer təcrübəsi

Pompeo Boltonun yerinə gələcək? - Kissincer təcrübəsi

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri postuna hazırda dövlət katibi işləyən Mayk Pompeonu təyin edəcəyi gözlənilir. CNN kanalının məlumatına görə, belə olacağı təqdirdə Pompeo iki vəzifəni birdən icra edəcək.

Kanala məlumat verən mənbələrin sözlərinə görə, Tramp bu variantı administrasiyanın digər əməkdaşları ilə müzakirə edir, bu variantın nə qədər ciddi olduğu hələ bəlli deyil.

Bir şəxsin iki vəzifəni birdən icra elməsi təcrübəsi son dəfə 50 il bundan əvvəl olub. O zaman Henri Kissincer iki ilə yaxın müddət ərzində eyni vaxtda həm Dövlət Departamentinin başçısı, həm də prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifələrinin öhdəsindən gəlib.

Tramp bu posta beş nəfər namizədin olduğunu bəyan eləsə də, konkret ad çəkməyib

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA