Pompeonun da istefa verəcəyi xəbəri yayıldı - Trampa daha bir qəfil zərbə

Pompeonun da istefa verəcəyi xəbəri yayıldı - Trampa daha bir qəfil zərbə

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 26 yanvar 2019-cu il

Vaşinqton ABŞ Xarici işlər naziri Mayk Pompeonun vəzifəsindən ayrılmağa hazırlaşması haqqında yayılan məlumatlarla çalxalanır.

ABŞ-ın dövlət strukturunda Türkiyə ilə bağlı ən üst səviyyəli bürokrat olan Xarici işlər nazirinin Avropa və Avrasiya işləri üzrə müavini Ves Mitçelin istefa verməsindən sonra Pompeonun da istefa qərarını dəqiqləşdirdiyi bildirilir.

Xarici İşlər Nazirliyindən ayrıldıqdan sonra Pompeonun 2020-ci ildə Kanzas ştatından Senata seçilmək üçün hazırlaşacağı haqqında da danışırlar.

Hazırda Kanzasdan senator olan respublikaçı Pat Roberts təqaüdə çıxmağa qərar verib. Vaşinqtonda onun boşaltdığı yeri isə Mayk Pompeonun doldurmaq istədiyi anladılır.

Önəmli dəyişikliklərin xəbərçisi

Pompeonun öz ətrafına işi bu mərhələdə, karyerasında yaxşı bir nöqtədəykən buraxmanın daha doğru olacağını söylədiyi məlumdur.

“Ves Mitçeldən sonra Pompeonun da vəzifədən ayrılma prosesinə girməsi ABŞ-ın Türkiyə ilə bağlı siyasətində önəmli bir dəyişikliyin xəbərçisi ola bilər” deyən mənbələr də var.

Ancaq Tramp administrasiyasında siyasi proseslərin necə işləyəcəyi dəqiq şəkildə təxmin edilə bilmədiyinə görə, bu məsələ ilə bağlı dəqiq proqnoz verə bilmək üçün Pompeo və Mitçelin yerinə kimlərin gətiriləcəyinə və onların vəzifəyə təyin olunma prosesində, Senatın Xarici Əlaqələr komitəsində sorğu-sual edilmələrinə yaxşı baxmaq lazım olacaq.

Bütün bunlara baxmayaraq, o da dəqiqdir ki, prezidentliyinin ilk günlərindən Donald Trampın çox yaxınında olan Pompeonun öz vəzifəsindən getməsi ehtimalı hakimiyyəti xeyli sarsıdacaq və çətin duruma salacaq bir hadisədir.

Gördüyünüz kimi, Tramp administrasiyasında qopan fırtına bir gün belə sakitləşmir.

Onu da qeyd edək ki, Mayk Pompeonun Xarici işlər naziri olmadan öncə MKİ direktoru vəzifəsini tutduğu da nəzərə alınarsa, bu fırtınanın güclənəcəyini təxmin etmək elə də çətin olmaz.

Tərcümə Strateq.az-ındır

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA