POROŞENKO UKRAYNANI BATIRIR – Qərb mediasının diaqnozu

POROŞENKO UKRAYNANI BATIRIR – Qərb mediasının diaqnozu

İslahatların gecikməsi, ölkəni içəridən çürüdən korrupsiya, bitib-tükənməyən hakmiyyət intriqaları Qərbi çox məyus edir

Hurriyyet.org bildirir ki, Ukraynada son “Saakaşvili insidenti” əslində ölkənin dərin və ağır böhran içində olduğunu təsdiqlədi. Qərb mətbuatı isə olub-bitəndən Poroşenko iqtidarını məsul tutur.

Almaniyanın “Neue Zuercher Zeitung” qəzetinin yazarı Ann Dorit Boyun dünənki hadisələrdən öncə yazdığı bir məqalə xüsusilə diqqət cəlb edir.
Yazıda Saakaşvili və onun hakimiyyət əleyhinə çağırışları ilə bağlı bir kəlmə yoxdur. Lakin məqalədə Ukraynadakı vəziyyətin əvvəl-axır kataklizmlərə gətirib çıxara biləcəyi barədə təsbitlər yer alıb.

“Petro Poroşenkonun hakimiyyət gəlişindən 3 ildən çox zaman keçdiyinə görə artıq onun üçün güzəşt dövrünün başa çatdığını söyləmək mümkündür. Əgər Poroşenko həqiqətən ölkədə əsl islahatlarla məşğul olmasa Ukrayna əbədiyyən korrupsiya bataqlağına dəfn ediləcək”, - məqalə bu cümlələrlə başlayır.
“İstər köhnə, istər yeni dövlət institutlarına, iqtidar və ya müxalifətdə olan siyasətçilərə olan etimasdızlıq dərin bədbinliyə, apatiyaya və depressiyaya yol açır”, - müəllif Poroşenkonun özünün bu yaxınlarda parlamentdə söylədiyi nitqindən sitat gətirir.

Картинки по запросу poroshenko parlament

“Lakin məhz o, inqilablardan yorulmuş ölkəni əski korrupsiya bağlarının düyünlərindən qurtarıb xoşbəxt Avropa gələcəyinə doğru aparmalı idi”, - Ann Dorit Boy məyusluğunu ifadə edir.

Müəllif Poroşenkonun korrupsiya ilə mübarizəyə təkrar cəhdlər ediləcəyi barədə sözlərinin də qəribə səsləndiyini bildirir : “Adama elə gəlir ki, bu sözlər dövlət işləri ilə heç bir əlaqəsi olmayan adama aiddir. Ukrayna prezidentindən başqa kim bununla bağlı həlledici qərar qəbul edə bilər? Lakin görünməkdədir ki, parlamentdəki inadkar deputatlar deyil, məhz o, artıq yetişən islahatları ləngitməklə və köhnə biznes partnyorlarının, oliqarxların at oynatmasına şərait yaratmaqla məşğuldur”.
Yazıda Ukraynada əks-inqilabın ilk qurbanlarının elə məhz korrupsiya ilə mübarizədə fəal iştirak edənlərin olduğu göstərilir.

Картинки по запросу набу украина

“Ölkədə antikorrupsiya araşdırmalarını həyata keçirən qeyri-hökumət təşkilatlarından çalışan fəal insanlar hazırda təzyiq altındadır və gözdən salınır”, - məqalədə yazılıb.

Məqalədə Ukraynanın Qərbin təzyiqləri ilə korrupsiyaya qarşı müəyyən addımlar atdığı da vurğulanır. Belə ki, əvvəlki illərdən fərqli olaraq dövlət məmurları öz gəlirlərini hər kəsə açıq şərtlərdə, elektron formada açıqlamağa məcburdur. Beynəxalq Valyuta Fondunun yardımları ilə Ukrayna Milli Antikorrupsiya İdarəsi (UMAİ) yaradılıb. Bu iş üçün qurulmuş xüsusi antikorrupsiya prokurorluğu ilə birgə səylərlə UMAİ bir çox işlərin üstünü açsa da, yalnız hakimiyyətin izn verdiyi həddə qədər irəliləyə bilir.

Müəllif UMAİ-nin rəhbəri Artyom Sıtnikin aşağıdakı sözlərinin təsadüfi olmadığını yazır: “Nə qədər dərin qazırıqsa, bir o dərəcədə sərt müqavimətlə üzləşirik”.

Müəllif Antikorrupsiya idarəsinin dövlət vergi xidmətinn rəisi Roman Nəsirov, habelə Müdafiə Nazirliyində 17 milyard dollar pulu mənimsəməkdə ittiham olunan Nikolay Martınenkonun, o cümlədən daxili işlər nazirinin oğlunun həbsi kimi bir sıra hay-küylü işlərə imza atmasına rəğmən icra hakimiyyəti tərəfindən ciddi şəkildə əngəlləndiyini qeyd edir.

Ann Darit Boy xüsusilə müdafiə sahəsində bağlanılan sazişlərlə bağlı qaranlıq məqamların üstünün açılmadığına məhz prezident tərəfindən icazə verilmədiyini və bu işlərin üstünü açmağa imkan verən qanunları Poroşenkonun administrasiyasının blokladığına diqqət çəkir.

Məqalədə korrupsiya ilə məşğul ola biləcək müstəqil məhkəmənin faktiki mövcud olmadığı da vurğulanır: “2019-cu ilə qədər Poroşenkonun korrupsiyalaşmış elitaları narahat etmək fikri yoxdur. Çünki onun yendən prezident seçilməsində həmin dairələrin böyük yardımı toxunacaq”.

Картинки по запросу poroshenko oligarxiya

Yazıda Ukraynada nəzərdə tutulan yeni məhkəmə islahatının əslində korrupsionerlərin və köhnə talançıların əlinə su tökdüyünü qeyd edir. Məhkəmə araşdırmasının müddəti 15 ildən 6 aya qədər endirilməsini nəzərdə tutur ki, bu da Yanukoviç dövründə müxtəlif iqtisadi cinayətlərdə ittiham olunan şəxslərin de-fakto bəraət almasına gətirib çıxaracq.

“Təsadüfi deyil ki, bu islahata Yanukoviçə hələ də yaxınlığı olan “Müxalifət bloku” ciddi dəstək verdi”, - Boy yazır.

Poroşenkonun tənqidçiləri onu ölkəni klanların ağalığından qurtarmaq əvəzinə özünün yeni tayfasını yaratdığına görə sərt şəkildə ittiham edirlər:
“2013-cü ili dekabrında Poroşenko inqilabçıların tərəfində vuruşan ilk oliqarx olmasına rəğmən etirazçılar ilk dövrlərdə ona inamsız yanaşırdı. Varlı şokolad fabrikantı və keçmiş nazir bir saatın içində korrupsiyaya qarşı mətin mübarizə çevrildi. Hələ o vaxt Poroşenkonun yenicə prezident seçildiyi zamanlarda ölkəni “quzunun qurda tapşırılması” ilə müqayisə edənlər çox idi....”.

Картинки по запросу украина майдан революция

Müəllif Ukraynaya ölkənin normal inkişafı üçün dəfərlərlə milyardlıq kredit verən Qərbin prezidentə olan səbrinin tükəndiyini yazır.
“İndi hər şey inqilabdan sonra vəd edilən sözlərin yerinə yetirilməsini tələb etməli olan ukraynalılardan asılıdır. Ölkənin yenidən bir neçə il bundan öncəki kimi dərin bədbinlik və apatiyaya düşməsi onun üçün əsl fəlakətə çevrilə bilər”, - müəllif yekunda qeyd edib. /musavat.com/

  • Hamısı
  • Loading...

    QALEREYA