Poroşenko Ukraynaya xəyanətdə ittiham olunur – Yanukoviçin adamı ərizə verdi

  • 2019-05-21 11:40:07
  • |
  • Dünya /

Poroşenko Ukraynaya xəyanətdə ittiham olunur – Yanukoviçin adamı ərizə verdi

Eks-prezident Viktor Yanukoviçin dövründə Ukrayna Prezidenti Administrasiyasının rəhbərinin birinci müavini olmuş Andrey Portnov, Poroşenkoya qarşı istintaq dövlət bürosunda ərizə verib.

Hurriyyet.org BakuPost-a istinadən xəbər verir ki, Portnov Poroşenkonu hakimiyyəti güclə ələ keçirmədə, dövlətə xəyanətdə və vəzifəsindən sui-istifadə etməkdə ittiham edir. Sənədin sürətini isə özünün "Teleqram” kanalında yayıb.

Portnov niyə məhz mayın 20-də ayında ittiham ərizəsi verməsini isə belə əsaslandırıb:

"Zelenski dünən, ayın 20-də rəsmən prezident oldu. Zelenski prezident seçilməklə eks-prezident Poroşenko toxunulmazlığını itirdi”.

 

O, Zelenskinin andiçmə mərasimindən bir gün əvvəl mayın 19-da Ukraynaya gəlib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA