Poroşenko yenə prezident olmaq istəyir

  • 2019-01-29 17:50:46
  • |
  • Dünya /

Poroşenko yenə prezident olmaq istəyir

Ukrayna Prezidenti Petro Poroşenko prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürəcəyini rəsmən elan edib.

Hurriyyet.org xəbər verir ki, bunu P.Poroşenko “Krutdan Brüsselə qədər. Biz öz yolumuzla gedirik” adlı forumda bildirib.

Forumda Nazirlər Kabinetinin nümayəndələri, nazirlər, hökumət təmsilçiləri, “Petro Poroşenkonun Bloku” fraksiyasının deputatları, sabiq prezident V.Yuşenko iştirak ediblər.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası artıq 22 nəfərin namizədliyini qeydə alıb./Azərtac/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA