Poroşenkodan Zelyonskiyə SƏRT CAVAB: "Heç kimin arxasında gizlənmə, mərd ol, gözləyirəm..."

  • 2019-04-05 14:34:31
  • |
  • Dünya /

Poroşenkodan Zelyonskiyə SƏRT CAVAB: "Heç kimin arxasında gizlənmə, mərd ol, gözləyirəm..."

Hurriyyet.org xəbər verir ki, Ukraynada prezidentliyə namizədlər videolar vasitəsi ilə bir-biri ilə çəkişməyə davam edirlər.

Ukraynada ötən həftə keçirilən birinci tur prezident seçkilərində ən çox səs toplayaraq ikinci tura yüksələn məşhur komediyaçı Vladimir Zelyonski ilə prezident Pyotr Poroşenko seçkilərin ikinci turu ərəfəsində çəkdikləri videolar vasitəsilə seçki kampaniyasını şouya çeviriblər.

Canlı yayımda Poroşenkonun çəkişmə təklifini qəbul edən Zelyonski Poroşenkonu Kiyevdəki Olimpiya stadionunda 70 min nəfərin qarşısında görüşə çağırmışdı.

Poroşenkonun bu təklifi qəbul eləməsindən sonra Zelyonski bu dəfə seçkilərdə üçüncü olan keçmiş baş nazir Yuliya Timoşenkonun debatın moderatoru olmasını təklif edib.

Zelyonskinin son videosundan sonda bir daha kamera qarşısına keçən Poroşenko deyib: “Vladimir Aleksandroviç (Zelyonski), bəhanə axtarmayın. Heç kimin də arxasında gizlənməyin. Bu yaxşı deyil. Mərd olun. Stadion deyirsinizsə, stadion olsun. Gözləyirəm”.

Hər iki namizəd debatlardan əvvəl, bu gün səhər saatlarında, Olimpiya idman kompleksinin tibb məntəqəsində alkoqol və narkotik testindən keçmək üçün qan analizi veriblər.

İlk turda Zelyonski səslərin 30 faizindən çoxunu, Poroşenko isə 15,9 faizini almışdı. Hər iki namizəd aprelin 21-də keçiriləcək ikinci turda iştirak edəcəklər.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA