Poroşenkonun partiyası ikinci pilləyə yüksəldi

  • 2019-06-14 17:14:10
  • |
  • Dünya /

Poroşenkonun partiyası ikinci pilləyə yüksəldi

Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyası parlament reytinqində ikinci pilləyə yüksəlib.

Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bu barədə “Soçis” mərkəzinin keçirdiyi sorğu nəticəsində bəlli olub.

Məlumata görə, seçicilərin 7.9 faizi keçmiş liderin partiyasını dəstəkləməyə hazırdır.

Potensial seçicilərin 42.6 faizi Zelenskinin Xalqın Xidmətçisi Partiyasını dəstəkləyəcəyini bildirib. Üçüncü yerdə isə 7.7 faiz səslə Həyat Naminə Müxalif Platforma qərarlaşıb.

Sorğuya əsasən digər partiyalar 5 faizlik baryeri keçə bilməyib.

Xatırladaq ki, bir qədər əvvəl “Reytinq” şirkətinin keçirdiyi seçkidə Poroşenkonun partiyası 3-cü yerə çıxmışdı.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA