Portuqaliyanın dəniz polisi Yunanıstanda 115 miqrantı xilas edib – “Poseydon” əməliyyatı

  • 2019-08-23 15:34:34
  • |
  • Dünya /

Portuqaliyanın dəniz polisi Yunanıstanda 115 miqrantı xilas edib – “Poseydon” əməliyyatı

Yunanıstanın Lesbos adasında missiya həyata keçirən Portuqaliyanın dəniz polisi Yunanıstanda 115 miqrantı xilas edib.

AZƏRTAC Portuqaliya KİV-nə istinadla xəbər verir ki, xilas edilmiş miqrantlar Yunanıstan hakimiyyətinə təhvil verilib.

2014-cü ildən başlayaraq Portuqaliya “Poseydon” missiyasında iştirak edir və bu müddətdə dəniz polisi 5 765 nəfəri xilas edib. Dəniz polisinin missiyası transsərhəd cinayətkarlığı ilə mübarizə üzrə Yunanıstanın və Avropa İttifaqının sərhədlərinin nəzarətini və müşahidəsini həyata keçirmək məqsədilə Yunanıstan Sahil Təhlükəsizlik Xidmətinin dəstəklədiyi Avropanın “Frontex” agentliyinin sərhədyanı “Poseydon” əməliyyatının tərkib hissəsidir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA