“Prezident və xanımı bizimlə görüşüb, hal-əhval tutdu” - Rasim Balayev

“Prezident və xanımı bizimlə görüşüb, hal-əhval tutdu” - Rasim Balayev

Xəbər verdiyimiz kimi, ötən gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mərasimə qatılanlar arasında Xalq artisti, sevilən aktyor Rasim Balayev də olub. Ölkə başçısı və birinci xanım aktyorla görüşərək onunla söhbət ediblər.

Görüş barədə azvision.az a danışan Rasim Balayev bildirib ki, dövlət başçısı sənət adamları ilə maraqlanıb, onlarla növbəti görüş barədə danışıb.

“Prezident və birinci xanım tədbir bitəndən sonra sənət adamları ilə görüşdülər, hal-əhval tutdular. Biz də onları təbrik etdik. Orada vəzifəli adamlar, nazirlər də var idi. Ancaq Prezident və xanımı sənət adamlarına yaxınlaşdı, bizə böyük hörmət göstərdilər. Buna görə də hansısa istəyimi, təklifimi, xahişimi diqqətə çatdırmadım. Çünki dünən bunun yeri deyildi. Söhbət oldu ki, növbəti görüşlərimiz nəzərdə tutulub, müəyyən problemlər orada qaldırılacaq. Sonrakı görüşlərə dəvət edilsəm, məmnuniyyətlə çıxış edəcəyəm”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA