Prezidentdən mühüm bir addım... – Paşayeva

Prezidentdən mühüm bir addım... – Paşayeva

Cənab Prezidentin problemli kreditlərin həllinə yönələn fərmanı çox önəmli addımdır.

Hurriyyet.org xəbər verir ki, bu sözləri Axar.az-a Prezidentin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı güzəşt qərarına münasibət bildirən milllət vəkili Qənirə Paşayeva deyib. Deputat vətəndaşların problemli kreditləri ilə bağlı məsələni Milli Məclisdə qaldıran bir millət vəkili olaraq fərmana görə ölkə başçısına təşəkkür edib:

“Cənab Prezidentin problemli kreditlər məsələsinin həlli ilə bağlı tapşırıqlar verəcəyinə inanıdrım. Demək olar ki, hər ay vətəndaşlardan problemli kreditlərlə bağlı məktublar alırdıq. Onlarla görüşlərdə bununla bağlı müraciətlər olurdu və mənə müraciət edən vətəndaşlar hər zaman cənab Prezidentin onların bu problemini həll edəcəyinə inandıqlarını bildirirdilər. Prezidentin problemli kreditlərin həllinə yönələn fərmanı çox önəmli addımdır. Bu fərman yüzminlərlə insanın problemini köklü şəkildə həll etməyə imkan verməklə yanaşı, onların sosial vəziyyətinə də müsbət təsir edən çox mühüm bir addımdır”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA