Prezidenti öldürmək istəyən 32 nəfərə ömürlük cəza verildi

  • 2019-06-12 18:28:06
  • |
  • Dünya /

Prezidenti öldürmək istəyən 32 nəfərə ömürlük cəza verildi

Misirdə prezident Əbdül Fəttah əs-Sisini öldürməyə cəhd edən 32 nəfər ömürlük həbs cəzası verilib.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, məhkəmə qarşısına çıxan 292 nəfər prezidentlə yanaşı, Səudiyyə Ərəbistanı taxtının sabiq vəliəhdi Məhəmməd ben Naifi də öldürməyə cəhddə ittiham olunublar.

Təqsirləndirilənlərdən 2-si bəraət qazanıb, 29-u 15 il, 36-cı 10 il və 81-i isə 5 il həbs cəzası alıb. Digərlər təqsirləndirilənlər isə 5 ildən az həbs cəzası alıblar.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA