Prezidentin qızı və kürəkəni Ağ evi necə dağıdır... - BU GÜN SARSIDICI KİTAB ÇIXACAQ

  • 2019-03-19 12:16:27
  • |
  • Dünya /

Prezidentin qızı və kürəkəni Ağ evi necə dağıdır... - BU GÜN SARSIDICI KİTAB ÇIXACAQ

ABŞ-da prezident Donald Trampın kürəkəni Cared Kuşnerin imicinə “sarsıdıcı” zərbə dəyəcək. Buna səbəb isə bu gün martın 19-da ABŞ-da çapdan çıxacaq yeni kitabdır.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, Amerika KİV-ləri həmin kitabın prezidentin kürəkəni və qızının Ağ evdən şəxsi məqsədləri üçün necə istifadə etməsindən bəhs etdiyini yazırlar. “Onlar varislərin ən pisidir. Onlarda birləşən özündənrazılıq, bitib-tükənməyən hərislik və cahillik Birləşmiş Ştatlar demokratiyasını təhdid altında qoyur”-“Kuşner İnkorporeyted. Hərislik, ambisiya, korrupsiya. Cared Kuşnerin və İvanka Trampın qeyri-adi əhvalatları” adlı kitabın giriş sözündə belə yazılır.

KİV-lər bu kitabı Kuşnerin imici üçün dağıdıcı hesab edirlər. Çünki müəlliflər yazırlar ki, kürəkən qaynatasının prezident olmasından siyasi nüfuzunu genişləndirmək və varlanmaq üçün yararlanır.

Bildirilir ki, Kuşner atası Çarlz Kuşnerdən elə də uzağa getməyib. Hansı ki, o bacısının ərini şantaj etmək üçün muzdla fahişə tutmuşdu. Prezidentin indiki müşavirinin atası həmin əməlinə görə iki il həbs cəzası almışdı. İroniyaya bax ki, bu işdə prokuror Nyu-Cersi ştatının gələcək qubernatoru, Trampın vitse-prezident postuna iddiaçı hesab etdiyi Kris Kisti idi.

Kuşner bunu yaddan çıxarmamışdı və Kristi Trampın keçid komandasından çıxarmağa çalışırdı.

Kitaba əsasən Tramp seçkilərdə qalib gələndən sonra Kuşner və İvanka Tramp Ağ evdə böyük nüfuz əldə etdi. Ağ ev əməkdaşları prezidentin qızının və kürəkəninin müxtəlif görüşlərdə və müzakirələrdə iştirak etməsindən qıcıqlanırdı. Çünki onların bu görüşlərə qatılmaq səlahiyyətləri yox idi. Trampın komandasında işləmiş kommunikasiyalar üzrə mütəxəssis Mark Korallo deyir ki, ya kürəkən, ya İvanka az qala onun prezidentlə hər görüşünü yarımçıq kəsib müdaxilə edirdi.

“Biz sadəcə olaraq oturub gözləyirdik ki, o nə vaxt gedəcək, söhbətimizi davam etdirək. ər-arvad burunlarını hər yerə soxurdu və heç nəyə məhəl qoymurdu”-o bildirir.

Korallo bildirir ki, İvanka və əri Trampın yanında olanda prezidentin diqqətini başqa məsələyə cəlb etmək mümkün olmurdu. Tramp həmişə qızının nazı ilə oynayırdı və dövlət məsələlərini onunla müzakirə edirdi.

Bununla belə Tramp uşaqlarının və kürəkəninin onun administrasiyasında işləməsinin yaxşı hal olmadığını dərk edirmiş. O, Con Kellini Ağ ev aparatının rəhbəri təyin edəndə tapşırmışdı ki, uşaqlarını ondan aralasın: “Mənim uşaqlarımdan yaxa qurtarın, onları Nyu-Yorka qaytarın”. Tramp şikayətlənib ki, İvanka və Cared oyun qaydalarını bilmir və KİV-lərdə onun haqqında yayılan neqativ materialların baiskarıdır.

Bununla belə ötən il Tramp Con Kelliyə təzyiq göstərib ki, İvanka və Caredə məxfi informasiyalara çıxış icazəsi versin.

İvanka və Caredin Vaşinqtonda necə nüfuzlu adamlar olduğu haqda bu yaxınlarda çapdan çıxmış “Qorxu. Tramp Ağ evdə” adlı kitabın müəllifi Bob Vudvord da yazır.

Bildirilir ki, Kuşner prezidentin bütün müşavirlərini kənara itələyərək İsrail-Fələstin münaqişəsinin nizamlanmasına girişmişdi. Habelə o Ağ evin Səudiyyə Ərəbistanı ilə əlaqələrini kurasiya edir və vəliəhd şahzadə Məhəmməd bin-Salmanla dostdur. Hərçənd bu əlaqələr jurnalist Camal Xaşoginin qətlindən sonra zəifləyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA