Problemli kreditlərdə zaminlərin ödədiyi vəsaitlər kimə qaytarılacaq? - RƏSMİ CAVAB - VİDEO

Problemli kreditlərdə zaminlərin ödədiyi vəsaitlər kimə qaytarılacaq? - RƏSMİ CAVAB - VİDEO

Problemli kreditlərdə zaminlərin ödədiyi vəsaitlərin kimə qaytarılacağı ilə bağlı hələlik heç bir qərar verilməyib.

Bunu maliyyə naziri Samir Şərifov deyib.

 

Nazir bildirib ki, zamin, borclu, borc verən və bu prosesə qoşulmuş digər tərəflər arasında hər bir fərdi hala ayrıca baxılmasına ehtiyac var. Bununla əlaqədar olaraq nazirlikdə "qaynar xətt" yaradılacaq və müraciətlər əsasında qərar qəbul ediləcək.

 

Samir Şərifov borcu ödəmədiyi üçün adı "qara siyahı"ya salınanlardan da danışıb. O qeyd edib ki, sözügedən şəxslərin adı həmin siyahılardan çıxarılacaq.

 

Nazir onu da qeyd edib ki, problemli kredit məsələsi həll edildikdən sonra Azərbaycanın kredit reytinqi bərpa olunmalı və əvvəlki illərdəki kimi investisiya səviyyəli reytinqə qaytarılmalıdır.\\Xezerxeber.az

 

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA