​Prokuror qohumlarının cinayət əməli ört-basdır edilir - “Muxtar Eminov onları himayə edir”

​Prokuror qohumlarının cinayət əməli ört-basdır edilir - “Muxtar Eminov onları himayə edir”

Göyçay rayonu, Vaqif küçəsi, dalan 1 ev 3 A sakini Babayev Paşa Babakişi oğlu tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub.
79 yaşlı şikayətçi oğlu İsimxanın evində - ailəsinin, iki azyalı övladlarının gözü qarşısında - döyülərək qarət edildiyini yazır. Onun sözlərinə görə, bütün bunlara rəğmən, sözügedən cinayət faktının üstü ört-basdır edilir:

“Konkret subutlar, şahidlər var ki, oğlum İsimxanın evinə Xəyal və Qulu Xancanov qardaşları basqın edib ailəsinin, azyalı uşaqlarının gözü qarşısında vəhşicəsinə döyüb, xəsarət yetirib, qarət etmişdilər.
01 noyabr 2017-ci il tarixdə gecə saat 11-00 radələrində Göyçay rayonunun Çayarxı kəndində yaşayan oğlum İsimxanın qonşuları Xancanov Xəyal Əziz oğlu və onun qardaşı Qulu sərxoş vəziyyətdə oğlumun evinə basqın edib, onu vəhşicəsinə döyüb, xəsarət yetirib, qarət etmişdilər. Cinayət törətmiş Xancanov qardaşları hətta oğlumu hədələyiblər ki, şikayət etsən, səni şərləyəcəyik ki, bizi bıçaqla vurmaq istəyirdin.
Onlar oğlumun mətbəxindən bıçaq da götürüblər ki, guya oğlum İsimxan onları vurmaq istəyib. Bu hadisə oğlumun ailəsinin, iki azyaşlı uşağının gözü qarşısında baş vermişdir. Gəlinim - İismxanın həyat yoldaşı - zəng edib bu barədə böyük oğlum Habilə məlumat verən kimi, o, hadisə yerinə getmiş və dərhal Daxili İşlər Nazirliyinin 102 xidmtinə zəng edib məlumat vermişdir.
Bundan bir neçə gün sonra şikayəti araşdıran Göyçay rayon Polis Şöbəsinin təhqiqatçısı Qabil Zülfüqarov başdansovdu araşdırma aparıb, cinayət törətmiş Xancanov qardaşları ilə sövdələşib, 11 noyabr 2017-ci il tarixdə cinayət işinin başlanılmadan rədd edilməsinə dair qərar çıxarmışdır. Polis təhqiqatçısı Qabil Zülfüqarov oğlum İsmixana təkidlə bildirmişdir ki, Xancanov qardaşlarının evinə basqın etməsini və cibindən pul götürmələrini izahatında qeyd etmə, eləcə yaz ki, küçədə söyüb təhqir etdilər. Həmçinin oğluma deyib ki, Xancanov qardaşlarının əsli-kökü Zərdab rayonundandır, Göyçay rayon prokuroru Muxtar Eminovla qohumdurlar. Oğlum da təhqiqatçının dediyi izahatı təhriklə yazmışdır.
Xancanov qardaşlarının himayədarı Göyçay rayon prokuroru Muxtar Eminovun qohum olduğu üçün onlara rayonda “gözün üstə qaşın var” deyən yoxdur. Bu səbəbdəndir ki, Xancanov qardaşları təxminən 5 gün öncə sərxoş vəziyyətdə idarə etdikləri kamaz markalı avtomobillə törətdikləri avtoqəza nəticəsində “jiqulidə” olan bir-neçə şəxs ağır bədən xəsarəti almışdır. Həmin yaralılar hazırda xəstəxanada reanimasiya şöbəsindədirlər. Bu cinayət hadisəsinin də üstü ört-basdır edilir.
Bəli, Göyçay rayon prokuroru Muxtar Eminov mənim oğluma qarşı quldurluq və xuliqanlıq cinayəti törətmiş Xancanov qardaşlarını açıq-aşkar müdafiə və himayə edir. Mən bir-neçə dəfə prokurorun qəbuluna düşmək istəsəm də, qəbul etməmişdir. Ümumiyyətlə, Göyçay rayon prokuroru Muxtar Eminov vətəndaşları qəbul etmir. Qəbul işinə ancaq köməkçisi baxır. Prokuror Emin Muxtarovun qanunsuz fəaliyyəti barədə mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova müraciət edib, xahiş edirəm, rayon prokurorluğunu şəxsi ofisinə çevirib cinayətkar qohumlarını himayə edib insanların taleyinə biganə yanaşan prokuror Emin Muxtarovun barəsində qanuni tədbirlər görəsiniz”.

Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Loading...

QALEREYA