Prokurorluq Bakıda ana və qızının intiharı ilə bağlı açıqlama yaydı

Prokurorluq Bakıda ana və qızının intiharı ilə bağlı açıqlama yaydı

Bu gün Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, yaşayış binalarının birində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və onun qızı 1990-cı il təvəllüdlü Mahmudova Xədicə özlərini yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq intihar edib.

Faktı üzrə Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. .

İş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA