PUBG OYNAYAN GƏNC BEYİN İFLİCİ KEÇİRDİ

PUBG OYNAYAN GƏNC BEYİN İFLİCİ KEÇİRDİ

Hurriyyet.org xəbər verir ki, Hindistanda bir tələbən həddən artıq PUBG oynadığı üçün beyin iflici keçirib.

Bəzi ölkələrdə qadağan edilmiş bu oyun Hindistanın Heydərabad şəhərində yaşayan bir gəncin taleyinə facivi şəkildə təsir edib. 19 yaşlı gənc sağ ayağını və sağ qolunu hərəkət etdirə bilməmək şikayəti ilə xəstəxanaya aprılıb.

Həkimlər daha çox yaşlı adamlarda görünən vəziyyətlə qarşılaşıblar. Gəncin beynində bəzi üzvlərin səhv çalışmasına və iflicə səbəb olan qan laxtalarına rast gəlinib.

19 yaşlı gəncin düzgün şəkildə yeyib-içmədən gündə 10 saat aramsız PUGB oynadığı bəlli olub. Gəncin bu alidəliyinə görə ötən ay 4 kilo arıqladığı da deyilir.

PUBG-nin uşaqlara zərər verdiyini göstərən yegan hadisə bu deyil. Ötən may ayında 16 yaşlı bir uşaq 6 saat boyunca aramsız PUBG oynadıqdan sonra ürəktutmadan ölmüşdü.

Mütəxəssislər təkcə PUBG-nin yox, ümumiyyətlə oyun və telefon aludəçiliyinə qarşı ciddi xəbərdarlıq edib.

Hurriyyet.org