Putin 2024-cü ilə necə hazırlaşır: QAZAX SSENARİSİ, YOXSA YENİ DÖVLƏT?

Putin 2024-cü ilə necə hazırlaşır: QAZAX SSENARİSİ, YOXSA YENİ DÖVLƏT?

“Rusiya və Belarusun vahid dövlətdə birləşmə mövzusu və Rusiya prezidenti Vladimir Putinin bu dövlətə başçılıq etmək ehtimalı İttifaq dövləti haqqında müqavilə üzrə işçi qrupun ikitərəfli görüşlərində müzakirə edilirdi, amma ötəri”.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu haqda “Tut.by” saytına Belarusun xarici işlər naziri Vladimir Makey bildirib.

Makey izah edib ki, Moskva və Minskin nümayəndələrinin görüşlərində bu mövzuya bəzən müxtəlif KİV-lərdə çıxan iftiraların kontekstində toxunulurdu.

“Siz Belarusun dövlət başçısının bəyanatını dəfələrlə eşitmisiniz ki, biz müstəqilliklə ticarət etmirik, bizim üçün müstəqillik müqəddəsdir və bizim anlayışımızda hər hansı birləşmədən söhbət gedə bilməz. Və mən düşünürəm ki, Rusiyadakı dostlarımız da eyni anlayış içindədirlər”, - Belarus xarici siyasət idarəsinin başçısı əlavə edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA