Putin ABŞ ilə Aİ-yə xəbərdarlıq etdi: “BİR DAHA SINAMAYIN, YOXSA..."

Putin ABŞ ilə Aİ-yə xəbərdarlıq etdi: “BİR DAHA SINAMAYIN, YOXSA..."

Putin: “Qərbin Suriyanı təkrar vurması qlobal xaosa səbəb olacaq”

Hurriyyet.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Qərbin Suriyanı təkrar vuracağı təqdirdə qlobal bir xaosun başlanacağını bildirib.

Kremldən verilən açıqlamada deyilir: “Rusiya prezidenti V.Putin BMT razılaşmasını pozan bu cür aktların davam edəcəyi təqdirdə, beynəlxalq münasibətlərdə xaosa səbəb ola biləcəyini vurğulayıb”. Kremlin yaydığı məlumatda Putin ilə iranlı həmkarı Həsən Ruhaninin telefon danışığı zamanı Qərbin hücumlarının yeddi illik Suriya münaqişəsinin siyasi həlli şansını zədələdiyini söylədiklərini bildirib.

Hurriyyet.org

Loading...

QALEREYA