“Putin Amerikanın tələsinə düşür, SSRİ-ni də vaxtilə bu yolla dağıtdılar” - POLİTOLOQ

“Putin Amerikanın tələsinə düşür, SSRİ-ni də vaxtilə bu yolla dağıtdılar” - POLİTOLOQ

“Rusiya prezidenti Vladimir Putinin fevralın 20-də Federal Şura və Dövlət Dumasına illik müraciətini diqqətlə dinlədim. Gəldiyim qənaət budur ki, Putin 2000-ci ildən bu yana Rusiya iqtisadiyyatını inkişaf etdirməyə çalışsa da, əldə etdiyi nəticə cüzidir. Özü də çıxışında etiraf etdi ki, Rusiyada hələ də 19 milyon insan yoxsulluq həddində yaşayır. Putin 18 ildir eyni sözləri deyir: “Yoxsulluqla qurtarmalıyıq”, “insanların həyat şəraitlərini artırmalıyıq”, “düşünmək üçün zamanımız yoxdur, hərəkətə keçməliyik” və s. Dəyişən bir şey yoxdur”.

Hurriyyet.org bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiyanın ağır iqtisadi və sosial vəziyyətinə rəğmən, Putin bu dəfə də ABŞ-a meydan sulamağı unutmayıb: “O, hətta Amerikaya tuşlaya biləcək raketlərin adlarını çəkdi: “Avanqard”, “Peresvet”, “Kinjal”, “Burevestnik”, “Poseydon” və “Siklon”. Putin sonuncu raketin üzərində xüsusi dayandı. Nüvə başlığı daşıya bilən “Siklon” raketi 9 min kilometr məsafəyə qədər uçur. Bununla Putin demək istəyir ki, Rusiyanın raketləri nəinki Amerikanın Avropaladakı müttəfiqlərini, Amerikanın özünü də hədəfə götürəcək. Heç “soyuq müharibə” illərində Kremldən Vaşinqtona bu cür təhdidlər ünvanlanmırdı”.

Politoloq deyir ki, Putin Amerikanın tələsinə düşür: “Amerikanın elə məqsədi odur ki, 19 milyon yoxsulu olan Rusiya öz maliyyəsini iqtisadiyyata deyil, bahalı raketlərə və başqa hərbi layihələrə xərcləsin. SSRİ-ni də vaxtilə bu yolla dağıtdılar”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA