Putin dünyaya ELAN ETDİ: ABŞ hücum edərsə...

Putin dünyaya ELAN ETDİ: ABŞ hücum edərsə...

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq şəhərində təşkil olunan Beynəlxalq İqtisadi Forumda vacib açıqlamalar verib.
Redaktor.az Ria novosti agentliyinə istinadən məlumat verir ki, o, ABŞ-a ölkələrin daxili işlərinə müdaxilə etməmək barədə xəbərdarlıq edib. Kreml rəhbərinin sözlərinə görə, ABŞ-ın Venesuelaya hərbi müdaxilə etməsi fəlakətə yol açacaq.
"Vaşinqtonun Karakasla bağlı siyasəti onun müttəfiqləri tərəfindən dəstəklənmir" - deyən Putin, Venesuela hökumətinin seçki yoluyla hakimiyyətə gəldiyini xatırladıb.
Qeyd edək ki, ABŞ-da bəzi dairələr Pentaqonu Venesuelaya hərbi müdaxilə etməyə təhrik edir. Moskva isə Karakasa dəstək verir. Bir müddət əvvəl Rusiyanın Venesuelaya əsgər göndərdiyinə dair fotolar yayılmışdı.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA