Putin: “Hücum edənlərin kim olduğunu bilirik” – Rusiya televiziyası onun kimə işarə vurduğunu açıqladı

Putin: “Hücum edənlərin kim olduğunu bilirik” – Rusiya televiziyası onun kimə işarə vurduğunu açıqladı

Hurriyyet.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin dünən: “Suriyada, yanvarın 6-da Xmeymim bazasına qarşı PUA hücumunun arxasında Türkiyə hkuməti və hərbçisinin olmadığını bilirik. Lakin, təxribatın kimlər tərəfindən təşkil edildiyini də yaxşı bilirik”, - sözlərini söylərkən kimi nəzərdə tutduğunu Rusiya hərbi mütəxəssisləri şərh ediblər.

Rusiyanın I kanalı ölkənin Müdafiə Nazirliyinin məmurlarından müsahibə alıb. Xəbər proqramında iki mühüm məsələ qeyd edilib: “Qeyri-peşəkar görünüşü verilmiş PUA-lar uzaqdan idarə edilmirdilər. Haranı vuracaqlarına dair koordinantlar əvvəlcədən verilmişdi. Dron, havaya qalxdıqdan sonra hədəfi avtomatik şəkildə tapmaq məqsədilə proqramlanmışdı. Bunu həyata keçirmək üçün Rusiyanın Xmeymim bazasındakı obyektinin koordinantları hücumçuların əlində olmalı idi. Bu məlumatları hər kəs azad şəkildə əldə edə bilməz, internetdən tapıla bilməz. Bunları yalnız, Suriyadakı vəziyyətdən yaxşı xəbərdar olan, inkişaf eləmiş texnologiyaya malik olan başqa bir dövlət bilir. Həmçinin, PUS hücumu başlanan zaman, region üzərində ABŞ-a məxsus peşəkar insansız müşahidə vasitəsi də uçurdu. Amerikaya məxsus bu pilotsuz müşahidə təyarəsi hədəfin koordinantlarını təyin eləmək vəzifəsini asanlıqla yerinə yetirə bilər.

Hücumun adi terrorçuların işi olmamasının ikinci mühüm isbatı bombalarda istifadə edilən artlayıcı növüdür. Rusiyada buna TEN deyilir (Semtex-H). Bu partlayıcı maddənin qarışıq kimyəvi formulası olduğundan hər növ partlayıcının hansı fabrikada istehsal edildiyinin izlərini saxlayır. Barmaq izi kimi. Xmeymim hücumunda yaraqlıların istifadə elədikləri TEN partlayıcı maddəsi dünyada bir neçə yerdə və Ukraynadkı “Şostkinskiy” kimyəvi maddələr fabrikində istehsal edilir. Kimyəvi analiz bununla bitmir. Yaxın zamanda nəticələr əldə edildikdə, daha dəqiq danışmaq mümkün olacaq”.

Qeyd edək ki, Rusiyanın Ukrayna və ABŞ-a işarə vuran açıqlamalar verməsindən qısa müddət sonra Vaşinqton və Kiyev iddiaları rədd edən açıqlamalar vermişdilər.

Hurriyyet.org

Loading...

QALEREYA