PUTİN İDLİBLƏ BAĞLI AÇIQLAMA VERDİ: “Hamısının yox edilməsi ilkin vəzifədir!”

  • 2019-06-14 16:22:14
  • |
  • Aktual /

PUTİN İDLİBLƏ BAĞLI AÇIQLAMA VERDİ: “Hamısının yox edilməsi ilkin vəzifədir!”

Hurriyyet.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin başda İdlib rayonu olmaqla, bütün Suriyadakı terror yuvalarının yox edilməli olduğunu bildirib. Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirak eləmək üçün Qırğızıstanın paytaxtı Bişkəkdə səfərdə olan Rusiya lideri Suriyadakı vəziyyətlə əlaqədar deyib: “Hazırda ilkin vəzifə Suriyada qalmış terror yuvalarının, ilk növbədə də İdlib rayonunda olanların tamamilə yox edilməsidir”. Putin Rusiyanın böyük yardımı ilə Suriyadakı terrorçuların yuvalarının yıxıldığını, bunun sayəsində ölkənin böyük bir qisminə nəzarətin yenidən Dəməşqin ixtiyarına qayıtdığını bildirib.

Putin beynəlxalq ictimaiyyəti Suriyaya qarşı humanitar yardımların miqdarını artırmağa və ölkənin iqtisadi cəhətdən yenidən qurulmasına kömək etməyə çağırıb.

Qeyd edək ki, Putinin bu açıqlamasından əvvəl Türkiyənin İdlibdəki müşahidə məntəqələrindən birinə hücum edən, Əl Nüsra ilə müttəfiq olan yaraqlılar Ankaranın istəyi və verdiyi koordinantlar ilə Rusiya qıcıları tərəfindən vurulmuşdu.

Bundan əvvəl isə Rusiyanın səyi və Türkiyənin vasitəçiliyi ilə İdlibdə tamamilə atəşkəsin bərqərar edilməsi üçün razılaşma əldə edildiyi bəyan edilmişdi. Lakin buradakı qrupların bəziləri razılaşmaya boyun əyməyəcəklərini bəyan eləmişdilər.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA