Putin Leninin irsinə SAHİB ÇIXDI

  • 2018-11-03 15:15:05
  • |
  • Region /

Putin Leninin irsinə SAHİB ÇIXDI

Hurriyyet.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya hərbi kəşfiyyatına RF HQ-nin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi adını qaytarmağı təklif edib.

Hərbi kəşfiyyat idarəsinin yüz illik yubileyi münasibətilə kəşfiyyat xidmətinin əməkdaşlarını və veteranlarını təbrik edən Putin deyib: “Bu adın niyə ortadan qalxdığının səbəbini bilmirəm. Baş Kəşfiyyat İdarəsi adını bərpa eləmək lazımdır”.

Sovet İttifaqının yarandığı 1918-ci ildə qurulan, dünyanın ən təhlükəli kəşfiyyat idarələrindən hesab edilən QRU (“Baş Kəşfiyyat İdarəsi” ifadəsinin rus dilindəki abbreviaturası) 2010-cu ildə bağladılmışdı.

QRU SSRİ-nin qurucusu V.İ.Leninin təlimatı ilə, Trotski tərəfindən, Qızıl Ordu ilə əlaqəli şəkildə yaradılmışdı.

Hurriyyet.org

Loading...

QALEREYA