Putin, Merkel və Makron Suriya məsələsini müzakirə etdilər

  • 2019-05-22 12:25:08
  • |
  • Dünya /

Putin, Merkel və Makron Suriya məsələsini müzakirə etdilər

Hurriyyet.org xəbər verir ki, Kremlin Mətbuat Mərkəzinin yaydığı açıqlamada Rusiya prezidenti Vladimir Putinin telefonla Fransa prezidenti Emmenuel Makron və Almaniyanın baş naziri Angela Merkel ilə Suriya, Ukrayna və İran məsələlərini müzakirə elədiyi bildirilir.

Məlumatda deyilir: “Putin Suriyanın şimal-qərbindəki vəziyyəti sabitləşdirmək, dinc əhalini qorumaq və terror təhdidini zərərsizləşdirmək üçün Türkiyə ilə ortaq şəkildə görülən tədbirlər barəsində məlumat verib”.

Rusiya tərəfinin verdiyi açıqlamada Suriyada Konstitusiya Komitəsinin qurulması və böhranın BMT TŞ-nin 2254 saylı qətnaməsinə uyğun şəhildə həll eləməsi ilə bağlı koordinasiyanın təmin edilməsinin lazım olduğu vurğulanıb.

Kreml Ukrayna böhranının Minsk razılaşmaları çərçivəsində həll edilməsinin lazım gəldiyini qeyd edib: “Putin Donetsk və Luqansk bölgələrinin xüsusi statusu ilə bağlı qanunların qüvvəyə minməsinin, Kiyev ilə Donetsk və Luqansk arasında birbaşa dialoqun qurulması baxımından mühüm olduğunu xatırladıb”.

Açıqlamada İran ilə nüvə müqaviləsinin davam etdirilməsinin lazım gəldiyi diqqətə çatdırılıb, tərəflərin bu müqavilənin “beynəlxalq sabitliyin və təhlükəsizliyin dəstəklənməsinin açar faktoru” olduğu fikrində olduğu bildirilib..

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA