“Putin, qoşunu yerit!” - SENSASİYALI İDDİA

“Putin, qoşunu yerit!” - SENSASİYALI İDDİA

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Rusiyanın Krıma təcavüzünə bəraət qazandırmaq üçün Rusiya prezidenti Vladimir Putini Ukraynaya qoşunlarını yeritməyə çağırırdı.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bunu məhkəmədə dindirmə zamanı Ukrayna xarici işlər nazirinin səlahiyyətlərinin keçmiş müvəqqəti icraçısı, ökənin Ukraynadakı səfiri Andrey Deşis bildirib.

“Bu, Krıma Rusiya qoşunlarının müdaxiləsinə bəraət qazandırmaq cəhdi idi”, - diplomat deyib.

Xatırladaq ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin ötən ilin martında bəyan edib ki, Viktor Yanuokviç Vladimir Putini Ukrayna ərazisində asayişin bərpası üçün Rusiya Silahlı qüvvələrini işə qoşmağa çağırıb.

2014-cü il martın 3-də yazılmış məktubda Yanukoviç Rusiya prezidentindən Ukraynaya qoşun yeridilməsini xahiş edirdi.

“Qanuni prezident kimi bəyan edirəm. Maydan hadisələri, Kiyevdə hakimiyyətin qanunsuz zəbt olunması onunla nəticələnib ki, Ukrayna vətəndaş müharibəsi astanasına gəlib çıxıb. Ölkədə xaos və özbaşınalıq baş alıb gedir, yaşayış, təhlükəsizlik və insan hüquqları, xüsusilə cənub-şərqdə və Krımda – təhlükə altındadır. Qərb dövlətlərinin təsiri altında açıq-aşkar terror və zorakılıq həyata keçirilir, adamlar siyasi baxışlarına və ifadələrinə görə təqib olunurlar.

Bu səbəbdən Rusiya prezidenti V.V. Putinə müraciətimdə xahiş edirəm ki, Rusiya Federasiyasının Silahlı Qüvvələrindən Ukrayna əhalisinin müdafiəsi, stabillik, qanunçuluğun, sülhün, qayda-qanunun bərpası üçün istifadə etsin”, - Vitali Çurkin Viktor Yanukoviçin müraciətindən BMT Təhlükəsizlik Şurasının iclasında sitat gətirmişdi.

Qeyd edək ki, Yanukoviç 2013-cü ilin sonunda başlayan Maydan hərəkatının nəticəsi olaraq 2014-cü fevralında devrilib və Rusiyaya qaçıb. Bundan sonra Krım Rusiya tərəfindən ilhaq edilib və ölkənin şərqində Donbas konflikti başlayıb.

Loading...

QALEREYA