Putin tatamiyə çıxacaq

Putin tatamiyə çıxacaq

Rusiya prezidenti Vladimir Putin fevralın 14-də Rusiyanın cüdo yığması ilə birgə tatamiyə çıxmağı planlaşdırır.

Hurriyyet.org-un məlumatına görə, bu barədə rusiyalı dövlət başçısının mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“O, (Putin - red.) uzun müddətdir ki, onlarla məşq etmir”, - deyə D.Peskov bildirib.

Qeyd edək ki, V.Putin 11 ildir ki, əlbəyaxa döyüş növləri, o cümlədən, cüdo və sambo ilə məşğul olur. İdman ustası dərəcələri var. 2006-cı ildə Avropa Cüdo İttifaqının fəxri prezidenti olub. 2010-cu ildə isə Yönin Cənubi Koreya Universitetində “cüdo sahəsinin doktoru” diplomunu alıb. Bundan başqa, karate üzrə qara kəmərə sahibdir.

Rusiyalı lider asudə vaxtlarında hokkey və xizəkçiliklə məşğul olur. \\Oxu.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA