Putin və Ərdoğanın dostuna 23 yanvar SÜRPRİZİ: 61 il əvvəl... - Təsadüf, yoxsa ŞİFRƏLİ MESAJ?

Putin və Ərdoğanın dostuna 23 yanvar SÜRPRİZİ: 61 il əvvəl... - Təsadüf, yoxsa ŞİFRƏLİ MESAJ?

Venesuelada kəskin siyasi və iqtisadi böhran inqilaba çevrilə bilər. Müxalifətin 35 yaşlı lideri və parlamentin spikeri Juan Quaydo ötən gün özünü ölkənin müvəqqəti prezidenti elan etdi.

Quaydonun prezidentliyini ABŞ da daxil olmaqla artıq bir neçə ölkə tanıyıb. Maduro cavabında ABŞ-la diplomatik əlaqələri kəsdi və Amerika diplomatlarına ölkəni tərk etməsi üçün 72 saat vaxt verdi. Moskva isə Birləşmiş Ştatların hərəkətlərini başqa dövlətlərin daxili işlərinə “həyasız müdaxilə” kimi qiymətləndirdi.

Venesuelada toqquşmalar

“Biz hamımız burada bir qayıqdayıq: elektriksiz, susuz, dərmanlarsız, qazsız və gələcəyi qeyri-müəyyən ölkə. Biz hamımız bu böhranda boğuluruq, qəsbkardan başqa”, - yanvarın 23-də Juan Quaydo tvitter səhifəsində yazdı və xalqı Nikolas Maduroya qarşı nümayişlərə çıxmağa çağırdı.

Nikolas Maduro 2018-ci ilin mayında ikinci müddətə prezident vəzifəsinin icrasına başlayıb. Maduro təxminən 67 faiz səs toplayıb. Müxalifət seçkilərin saxtalaşdırıldığını iddia edir. ABŞ və bir çox ölkə Maduro hakimiyyətinin legitimliyini tanımayıb.

Karakasda çoxminli mitinq zamanı Quaydo özünü Venesuela prezidenti adlandırdı və and içdi. Bundan sonra bütün ölkə üzrə nümayişçilər və təhlükəsizlik gücləri arasında toqquşmalar başladı. KİV onlarla insanın öldüyünü, yüzlərlə yaralının olduğunu bildirir.

Quaydonun prezidentliyini artıq bir neçə ölkə tanıyıb: ABŞ, Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta Rika, Paraqvay, Ekvador, Qvatemala və Gürcüstan. ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuela xalqı uzun müddətdir Maduronun qeyri-qanuni rejiminin əlində çox əziyyət çəkirdi.

Maduro cavabında ABŞ-ı Venesuelada “oyuncaq hökumət” qurmaq cəhdində ittiham etdi. Müdafiə naziri onu dəstəklədi. Maduro genişmiqyaslı etiraz aksiyalarının fonunda ABŞ-la diplomatik əlaqələri kəsdi, Amerika diplomatlarına ölkəni tərk etməsi üçün 72 saat ərzində vaxt verdi. Quaydo isə bildirdi ki, amerikalı diplomatlar qala bilərlər.

Hazırda müxalifətçilər Venesuelada böyük magistralları bağlamağa davam edirlər, küçələrdə nümayişçilərin sayı genişlənir. Maduronun istefası iə bağlı çağırışlar səslənir. ABŞ Dövlət Departamenti Maduronu zorakılığa əl atmaması barədə xəbərdar edib. ABŞ Maduronun hökumət qoşunları ilə güc tətbiqi halında Venesuelaya qarşı sanksiyaların sərtləşdirilməsini, həm də hərbi müdaxiləni istisna etmir.

Rusiyanın mövqeyi

Rusiya Venesueladakı hadisələri dövlət çevrilişinə cəhdi kimi qəbul etdi və ABŞ-ın hərəkətlərini başqa dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirdi. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova feysbuk səhifəsində yazıb ki, Venesuelada baş verən hadisələrin nümunəsində Qərb dövlətlərinin başqa ölkələrin daxili işlərinə müdaxilə və hakimiyyətləri zorakı yolla dəyişdirmək təcrübəsi görünür.

Venesuelanın daxili işlərinə müdaxilə haqqında həmçinin, Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin başçısı Konstantin Kosaçev də danışıb.

“Venesuelada baş verənlər dövlətin daxili işlərinə müdaxilədir. ABŞ-ın Venesuela ilə bağlı bütün cari siyasəti onun daxili işlərinə birbaşa və həyasız müdaxilədir”, - o “İnterfaks” agentliyinə deyib.

Kosaçev Amerikanın birbaşa müdaxiləsinin nəticəsi olaraq Liviya, İraq və Suriyada baş verənləri xatırladıb.

“Venesuela da bu sıradadır”, - senator qeyd edib.

Rusiya Elmlər Akademiyasının Latın Amerikası İnstitutunun elmi rəhbəri Vladimir Davudov söyləyib ki, Vaşinqton Venesuela müxalifəti arasında söykənəcəyi fiquru tapıb və onu ölkə hakimiyyətinə “de-fakto” ultimatum kimi təqdim edib.

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədr köməkçisi Andrey Klimov ölkəsinin Nikolas Maduronu dövlət başçısı olaraq tandığını açıqlayıb.

Türkiyədən dəstək

Ankara da Venesuelada baş verənlərlə bağlı mövqeyini açıqlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela rəhbəri Nikolas Maduroya dəstək nümayiş etdirib. Ərdoğan Maduroya zəng edərək “Maduro qardaşım! Dik dur, yanındayıq” deyib və onun arxasında olduğunu bildirib.

Bu barədə Türkiyə prezidentinin mətbuat sözçüsü İbrahim Kalın tvitterdəki hesabında "#WeAreMADURO" haştağı ilə paylaşım edib.

İqtisadi böhran və simvolik tarix

Venesuela sosial, iqtisadi və siyasi sahəsində illərdir ki, böhran vəziyyətində yaşayır. Ölkədə hiperinflyasiya (2018-ci ildə 80 minə faizə çatıb) müşahidə olunur. Açıq mənbələrdən verilən məlumatlara əsasən, qaçqınların sayı son dörd il ərzində 3 milyonu ötüb. Bu, ölkə əhalisinin təxminən 10 faizidir.

Qeyd edək ki, Juan Quaydonun özünü müvəqqəti prezident elan etdiyi gün venesuelalılar üçün simvolik tarixdir. Məhz 61 bir il əvvəl – 1958-ci ilin bu günündə üsyanın gedişatında 1940-1960-cı illər “Latın Amerikasının böyük diktatorları dövrünün” son nümayəndəsi adlandırılan Markos Peres Himenesi deviriblər./publika.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA